Mercedes-Benz 190E 2.5-16 Evolution II

Bu günlərdə RM Sotheby’s hərrac evi maraqlı bir lotu hərraca çıxarmışdır. Bu lot 220 min ABŞ dollarına satılmış Mercedes-Benz 190E 2,5-16 Evolution II avtomobilidir. Gəlin bir qədər tarixə səyahət edək və keçən əsrin 90-cı illərində DTM yarışlarında hökm sürən bu avtomobillə yaxından tanış olaq.

Mercedes-Benz 190E (W201) modeli geniş tamaşaçı kütləsi qarşısında 1982-ci ildə peyda olmuşdur. Alman istehsalçısının model xəttində olan avtomobillərə nisbətən kiçik ölçülərə malik olan model «Baby Benz» adını almışdır. Mercedes-Benz 190E modelinin idman modifikasiyasının tarixi 1983-cü ildən başlayır.

190E 2.3-16 indeksli avtomobilin mühərrikinin gücü 185 at qüvvəsi təşkil edirdi. «Bərkgedən» sedan yerindən 100 km/saat həddinə 7,5 saniyəyə sürətlənir və 230 km/saat maksimal həddə malik idi. 1988-ci ildə Mercedes-Benz 190E modelinin 195 at qüvvəli 190E 2.5-16 modifikasiyası buraxılmağa başladı. 

Bu avtomobilin idman yarışlarında iştirakı 1985-ci ildə başlamışdır. Özəl komandalar sayəsində avtomobil ilkin olaraq Fransa çempionatında, iki il sonra isə DTM çempionatında çıxış etməyə başladı. 1989-cu ildə isə avtomobilin 190E 2.5-16 Evolution I adlı omoloqasiya keçmiş variantı təqdim edildi. Omoloqasiyadan keçmək üçün, istehsalçı Mercedes-Benz 190E 2.5-16 Evolution I modelinin 502 ədəd ümumi yollar üçün nəzərdə tutulmuş seriya variantını buraxmaq məcburiyyətində idi.

Evolution I modifikasiyası idman yarışalrında uğurla çıxış etsə də, rəqiblər dayanmadan inkişaf edirdilər.

Bunun cavabı olaraq, Mercedes-Benz şirkəti 190 2.5-16 Evolution II modelini hazırladı və avtomobil 1990-cu ildə keçirilən Cenevrə avtosalonunda debüt etdi. Cosworth mütəxəssislərinin iştirakı ilə təkmilləşdirilmiş Evo II modelinin mühərriki artıq 235 at qüvvəsi və 245 Nm fırlanma anı təklif edirdi. 1300 kiloqram çəkiyə malik olan avtomobil 100 km/saat həddinə 7,1 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malik idi. Ən maraqlısı isə, avtomobilin asma sisteminin parametrlərini birbaşa salondan tənzimləmək mümkün idi. Eyni zamanda, salonda quraşdırılmış idman oturacaqları, xüsusi avtomobilin sükanı arxasında olduğunuzu yaddan çıxmasına imkan vermirdi.

Hətta, arxa cərgənin oturacaqları da idman ruhunu aşılayırdı.

Avtomobilin kuzov dəsti və iri antiqanadı da onun idman ruhunu əks etdirən amillərdən biri idi.

İstehsalçı buraxılmış 502 avtomobilin hər birini, ötürmələr qutusunun dəstəyində həkk edilən fərdi nömrə ilə təchiz etmişdi. Mercedes-Benz 190E 2.5-16 Evolution II avtomobili 1990-cı ilin may ayından iyul ayına qədər istehsal edilmişdir. O zaman avtomobil 115260 alman markasına satılırdı və kondisioner quraşdırılması üçün 4500 marka əlavə ödəniş etmək lazım idi.

Buraxılmış avtomobillərdən 500 nüsxəsi qara rəngə, 501 və 502 nömrəli avtomobillər isə gümüşü rəngə boyanmışdı.

Evo II modeli daha çox avtomobil idmanına yönəlik hazırlandığı üçün onun yarış variantlarının mühərrikinin gücü 300 at qüvvəsi təşkil edirdi. Daha yüngül çəkiyə malik olan yarış avtomobili 300 km/saata qədər sürətlənirdi. 1992-ci ildə Mercedes-Benz 190E 2.5-16 Evo II modeli DTM çempionatında 16 yarışda qalib oldu.  Mercedes pilotu Klaus Lyudviq isə çempion titulunu əldə etdi. 1993-cü il Mercedes-Benz 190E 2.5-16 Evo II üçün çempionatdakı son iştirak ili idi. 50 qələbə qazanan avtomobil Ştutqart istehsalçısının tarixində haqlı olaraq şərəfli yerlərdən birini tutmağa layiq olduğunu sübut etmişdir.

ДРУГИЕ СТАТЬИ

Epik döyüşün yeni nəşri

18 iyun 1992-ci ildə əfsanəvi Nürburgring Nordschleife treki bir illik fasilədən sonra yenidən DTM çempionatının təqviminə qayıtmışdı. Həftəsonu avtodromda toplaşan 110 min tamaşaçı iki unudulmaz yarışa şahidlik etmişdilər. Klaus Lüdviq və Conni Çekoto arasında gedən amansız və gərgin mübarizə on illərlə azarkeşlərin hafizəsindən silinməyəcəkdir.

Великому «Коммендаторе» посвящается. История Ferrari

В мире существует немало автомобилей, при виде которых у многих захватывает дух. В их числе - автомобили Ferrari, история создания и успеха которых тесно связана с именем итальянского конструктора, гонщика и бизнесмена Энцо Феррари или, как его звали за глаза, великому «Коммендаторе». Энцо Ансельмо Феррари (Enzo Anselmo Ferrari) родился 18 февраля 1898 года в семье владельца небольшой мастерской по ремонту паровозов вблизи города Модены. Отец новорожденного мальчика вряд ли мог предполагать, что его фамилия в XX веке прогремит на весь мир, а президент Итальянской республики ровно через 90 лет скажет: «Феррари — это доказательство способности нашей страны успешно отвечать на все новые требования прогресса в области техники».

История AMG-Mercedes GmbH

Сегодня Mercedes-AMG GmbH является подразделением компании Mercedes-Benz по производству более мощных и спортивных серийных моделей. Помимо того, это подразделение отвечает за производство двигателей, а также собственных гоночных автомобилей и представляет интересы компании Daimler в мире автоспорта. AMG участвует в таких престижных чемпионатах, как Формула 1 и ДТМ. Серийные автомобили AMG считаются самостоятельными моделями, так как отличаются от серийных «Мерседесов» большой массой собственных узлов и деталей, а также собственной рыночной индексацией, то есть, наименованием. Некоторые модели Mercedes выпускаются исключительно AMG - например, Mercedes-Benz SLS AMG.