Mercedes və Audi. Naməlum tarix

Audi R8 sportkarını Mercedes-AMG GT modelinin korporativ "əkizi" olduğunu təsəvvürünüzə gətirə bilərsiniz? Xeyr? Lakin, bu belə də ola bilərdi...

60 il bundan öncə, Fridrix Flikin xahişi ilə Daimler şirkəti Auto Union  şirkətinin səhmlərinin nəzarət paketini əldə edib. Məlum olduğu kimi, o zaman Auto Union şirkəti Horch, Audi, DKW və Wanderer markalarının sahibi idi.  Şirkətin dörd üzükdən ibarət olan emblemi məhz buna işarə edirdi. Hər iki şirkətin ən iri səhmdarı olan Flik, öz nüfuzundan istifadə edərək onların birləşməsini istəyirdi. O, şirkətlərin bir-birini tamamlayacaq modellərinin olduğundan əmin idi.

Daimler-Benz AG ilkin olaraq Auto Union şirkətinin səhmlərinin 88 faizinə sahib olsa da, 1959-cu ildə Yeni il ərəfəsində şirkətin səhmlərin qalan hissəsini də satın alıb. Səhmlərin satışından əldə edilən maliyyə vəsaitlərindən istifadə edən Auto Union İnqolştadtda yeni zavodun inşasına başlayaraq, bütün istehsal günücü orada cəmləşdirmək qərarına gəlib. Bundan başqa, Daimler şirkətindən alınmış 340 milyon alman markası Auto Union modellərinin modernləşdrilməsinə yönəldilir. 

Üstəlik, Daimler istedadlı mühəndis Lyudviq Krausu komandası ilə bilikdə İnqolştadta göndərir. Lyudviq özü ilə birlikdə Auto Union şirkətinə M 118 dörd silindrli mühərrikini də gətirmişdir. Bu Auto Union üçün göydəndüşmə bir hadisə olmuşdur, çünki o zaman şirkət yalnız iki taktlı mühərriklər istehsal edirdi. Yeni mühərrik 1965-ci ildə müharibədən sonrakı ilk Audi modelində debüt etmişdir.

Məlum olduğu kimi, 1964-cü ildə Daimler Auto Union şirkətindəki payını Volkswagen şirkətinə satıb. Yeri gəlmişkən, Mercedes şirkətinin hazırladığı yeni modellər ilə yaxından tanış olan Kraus Auto Union şirkətinin texniki direktoru olub. Bu səbəbdən də Daimler “ilk Audi 100 modelinin  korpusunun W119 modelinin funksiyalarına malik olduğunu” bildirmişdir. Bəli, dünyanın belə qəribə işləri vardır...

ДРУГИЕ СТАТЬИ

Epik döyüşün yeni nəşri

18 iyun 1992-ci ildə əfsanəvi Nürburgring Nordschleife treki bir illik fasilədən sonra yenidən DTM çempionatının təqviminə qayıtmışdı. Həftəsonu avtodromda toplaşan 110 min tamaşaçı iki unudulmaz yarışa şahidlik etmişdilər. Klaus Lüdviq və Conni Çekoto arasında gedən amansız və gərgin mübarizə on illərlə azarkeşlərin hafizəsindən silinməyəcəkdir.

Mercedes-Benz 190E 2.5-16 Evolution II

Bu günlərdə RM Sotheby’s hərrac evi maraqlı bir lotu hərraca çıxarmışdır. Bu lot 220 min ABŞ dollarına satılmış Mercedes-Benz 190E 2,5-16 Evolution II avtomobilidir. Gəlin bir qədər tarixə səyahət edək və keçən əsrin 90-cı illərində DTM yarışlarında hökm sürən bu avtomobillə yaxından tanış olaq.

Великому «Коммендаторе» посвящается. История Ferrari

В мире существует немало автомобилей, при виде которых у многих захватывает дух. В их числе - автомобили Ferrari, история создания и успеха которых тесно связана с именем итальянского конструктора, гонщика и бизнесмена Энцо Феррари или, как его звали за глаза, великому «Коммендаторе». Энцо Ансельмо Феррари (Enzo Anselmo Ferrari) родился 18 февраля 1898 года в семье владельца небольшой мастерской по ремонту паровозов вблизи города Модены. Отец новорожденного мальчика вряд ли мог предполагать, что его фамилия в XX веке прогремит на весь мир, а президент Итальянской республики ровно через 90 лет скажет: «Феррари — это доказательство способности нашей страны успешно отвечать на все новые требования прогресса в области техники».