Mayk Rokenfeller: Hər kəs limitlərini aşmaq istəyir

Mayk Rokenfeller Zandvortdakı qalmaqallı ikinci yarışın qalibi olub. Audi pilotunun 37 dövrəlik yarışdan sonra damalı bayrağı ikinci olaraq keçməsinə baxmayaraq, sonunda Rokki finiş xəttini birinci keçən Marko Vittmanndan qələbəni təhvil alıb. DTM çempionatının 12-ci yarışında qalib gəlmiş BMW pilotunun avtomobilinin çənində texniki nəzarət üçün gərək olan bir kiloqram yanacaq aşkarlanmayıb. Nəticədə Vittmann diskvalifikasiya edilib. DTM.com saytı Rokenfellerdən yarışdakı gözlənilməz qələbəsi və çempionluq şansları barədə müsahibə alıb.

DTM: BMW səhv edib, Marko Vittmann isə zərərçəkən tərəf olub. Siz Zandvortdakı qələbəni rəsmi şəxslərin qərarı ilə əldə etmisiziniz. Özünüzü necə hiss edirsiniz?

Mayk Rokenfeller: Adətən siz damalı bayrağı ilk keçirsiniz, sonra isə podiumun ilk pilləsinə qalxırsınız. Lakin, mən ikinci yeri tutdum, sonra isə qələbə və xalları təhvil aldım. Misal üçün, mən rəqiblərim üzərində onların avtomobilindən 300 at qüvvəsi güclü olan avtomobillə qələbə çalsam, yenə də mənim layiq olmadığım qələbəni əldə etdiyimi söyləyəcəklər.

Amma indi vəziyyət tamam başqadır. Söhbət hər kəsin riayət etməli olduğu qaydalardan gedir. Onlar bu səhvi qəsdən buraxmayıblar və nəticədə 0,0 faiz üstünlük əldə ediblər.

Qaydalar onları gözləmək üçün qəbul edilib. Hər kəs bu qaydalara əməl etməlidir. Əgər sizi cəzalandırılblarsa, demək hər şey qaydasındadır. Orada çəndə qalmalı yanacaq barədə məhdudiyyət olmalıdır. Buna baxmayaraq mən yarışı trekdə qazanmağa üstünlük verərdim. Lakin, əlavə xallardan məmnun olmadığım mənasına gəlməz.

Rokenfelleri zədə belə yarışmaqdan çəkindirməyib

DTM: Pilot üçün belə hal çox ağrılıdır...

M.R.: Bəli ağrılıdır. Biz bir dövrə əlavə (redaktorun qeydi: əgər Vittmann finiş xəttinin 2,45 saniyə əvvəl keçsəydi, yarış üçün tələb olunan 60 dəqiqə və əlavə bir dövrəlik müddət əldə edilməsəydi) vurmalı olsaydıq Marko trekdə yanacağı qurtarmış halda dayanacaqdı.

Belə desək, bu vəziyyət daha yaxşı olardı.

Bu halda mən yarışı trekdə qazanardım. Hətta bu halda da, qələbəni təhvil aldığımı söyləmək olar. Vəziyyət olduğu kimidir. Mən şadam ki, Marko deyil, mən oyunun bu tərəfindəyəm. Eyni zamanda, ona yazığım gəlir, o həqiqətən fantastik üslubda yarışı başa vurmuşdu.

Mayk: Bəzən siz son həddi keçirsiniz və o zaman kütbeyin görünürsünüz.

DTM: Siz və komandanız belə uğursuzluqlara düçar olmusunuz?

M.R.: Sonuncu misal olaraq Moskvadakı yarışımı göstərmək olar.  Mən bazar günki yarışda yeddinci yeri tutmuşdum, amma beş saniyəlik cəza alaraq  xal zonasından çıxmış oldum. Mənin avtomobilimdəki DRS sistemi texniki cəhətdən nasaz idi və buna görə məni diskvalifikasiya da edə bilərdilər.

Yaxşı ki, bu dəfə söhbət qələbədən getmirdi. Bununla belə, mən xallarına altısını da əlavə etmək istərdim. O halda Ekinin üstünlüyü 12 xal olardı. Amma şikayət etməyin heç bir mənası yoxdur. Bu oyunun bir hissəsidir. Əgər altlıq aşağıda yerləşmişdirsə və ya digər bir şey, o zaman sizin probleminiz yaranır. Biz maksimal olaraq avtomobillərimizi yaxın etməyə çalışırıq. Bu yanaşmanı anlamaq asandır. Bəzən siz son həddi keçirsiniz və o zaman kütbeyin görünürsünüz. 

Edoardo Mortara (Mercedes-Benz), Mayk Rokenfeller (Audi) və Timo Qlok (BMW). Ariflər nəyə işarə etdiyimizi anladılar...

DTM: Artıq siz pilotlar çempionatında üçüncü yerdəsiniz və Mattias Ekstremdən 18 xal geri qalırsınız. Qalan altı yarışdakı çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?

M.R.: 18 xal çox böyük fərqdir və mən hələ çempionluq barədə fikirləşmirəm. Mən sadəcə yaxşı nəticələri əldə etməyə çalışıram. Bu mövsüm mənim üçün o qədər də asan keçməyib: sınmış ayağım və Moskvaya gedə biləcəyim şanslarımın olmasını yada salaq. Bundan başqa, xal qazanmadığım bir neçə yarışı da nəzərə almaq lazımdır. Çox zaman mən rəqabətcildim və ilk beşlikdə finiş görmüşəm. Gözləyək görək nələr olacaq. Mövsüm qurtarana kimi yüksəlişlər və enişlər də olacaq. Qələbəmdən öncə olduğu kimi, çempionatda altıncı olmaqdansa üçüncü olmaq daha yaxşıdır. 

Müsahibə DTM.com saytı tərəfindən Zandvort (Hollandiya) avtodromunda götürülüb.

Mayk Rokenfellerin Norisrinqdəki qəzası

ДРУГИЕ СТАТЬИ

Biz avtomobillər ilə rəqabət aparmırıq

Rolls-Royce Motor Cars şirkətinin Şərqi Avropa və MDB ölkələrindəki korporativ əlaqələr üzrə direktoru Frank Timann ilə, britaniya markasının Bakıda yerləşən sərgi-salonunda görüşdük. O, bu salonda nümayiş etdirilən dəbdəbəli Rolls-Royce modelləri barədə şəxsən məlumat verdi. Tanışlıqdan sonra, biz Rolls-Royce markası, satışlar, müştərilər və yeni model haqqında ətraflı söhbət etdik.

Мы не конкурируем с автомобилями

С Франком Тиманом, директором по корпоративным коммуникациям Rolls-Royce Motor Cars в Восточной Европе и СНГ, мы встретились в бакинском представительстве британской компании. Он лично рассказал об особенностях роскошных автомобилей Rolls-Royce, выставленных в официальном салоне марки в Баку. После знакомства, мы поговорили о марке Rolls-Royce, продажах, клиентах и новой модели.

Gənc istedadlarımız. Cahangir Qəhrəmanov

Uzun zamandır ki, diqqətimizi gənc dizayner Cahangir Qəhrəmanovun işləri cəlb etmişdi. Onun portfoliosundakı maraqlı layihələr bu gəncdə istedadın olduğundan xəbər verirdi. Yaranmış fürsətdən istifadə edib Cahangirlə müsahibə etmək qərarına gəldik. Düzdür, Cahangir uzun-uzadı danışmağı sevmir. O, daha çox qısa və konkrent olmağa üstünlük verir.