Neftçaladakı avtomobil zavodu ilə tanışlıq

Keçən həftə Autograph dərgisinin və televiziya verlişinin komandası Azərmaş şirkətinin dəvəti ilə Neftçalada inşa olunmuş avtomobil zavodunda səfərdə olub və yeni müəssisə ilə yaxından tanış olub.

Neftçala sənaye məhəlləsində yerləşən istahsal müəssisəsi Azərmaş və İran Khodro şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir. Bu müəssisədə əsas iştirak payı azərbaycan tərəfinə məxsusdur: Azərmaş zavodun səhmlərinin 75 faizinə, iran tərəfi isə 25 faizinə sahibdir. Qeyd etmək lazımdır ki, yeni müəssisədə avtomobillərin yığılması prosesi tam şəkildə həyata keçirilir.

Yeganə istisna kuzov elementlərinin ştamplanması və qaynaqlanması, həmçinin boyama prosesinin olmamasıdır. Qalan əməliyyatlar tam şəkildə Neftçaladakı zavodda azərbaycanlı əməkdaşlar tərəfindən aparılır. Buna misal olaraq əməliyyatların ən mürəkkəbini, avtomobilin mühərrikinin, asqısının və hərəkət hissəsinin kuzova birləşdirilməsini göstərmək olar. 

Azərbaycanlı ustalar avtomobilin yığılmasını İrandan cəlb edilmiş peşəkar ustaların nəzarəti altında həyata keçirirlər. Hələlik zavodda tənzimləmə işləri gedir və avtomobillərin seriya istehsalına may ayının əvvəllərində başlamaq planlaşdırılıb.

Azərbaycan bu sayaq istehsal müəssisəsinin fəaliyyət göstərməsi iqtisadiyyatımıza güclü təkan verəcəkdir. Belə ki, Azərmaş rəhbərliyinin əsas məqsədi istehsal prosesinin maksimal dərəcədə lokallaşdırılmasıdır.

Bu o deməkdir ki, yerli müəssisələrə avtomobil zavodu ilə əməkdaşlıq etmək şansı verilir. Yerli iş adamları avtomobil istehsalında istifadə edilən məhsulların istehsalını təşkil edərək müəssisələini inkişaf etdirə bilərlər.

Yeni zavodun açılması yeni iş yerlərinin yaradılması deməkdir. Artıq Neftçala avtomobil zavodu 200 nəfəri işlə təmin edib və istehsal prosesinə başlandıqdan sonra da 100 nəfər işlə təmin ediləcəkdir. Lakin, iş təkcə bununla bitmir - lokallaşdırma prosesində iş yerlərinin sayı da artacaqdır. Yeni yaranacaq müəssisələrdə də təcrübəli mütəxəssislərə ehtiyac artacaqdır.

Ölkədə avtomobil istehsalının olması ətraf sənesinin, əsasən də kimya və toxuculuğun da inkişafına səbəb ola bilər.

Yaxın zamanda ölkəmizdə rezin məmulatları və ya şin istehsalı ilə məşul olan zavodun açılması barədə xəbəri eşitsəniz buna heç də təəcüblənməyin. 

Yeni zavod ilk zamanlarda Xəzər D5 avtomobilinin istehsalına başlanmalıdır. Zavodun istehsal edəcəyi avtomobilin təchizat səviyyəsindən asılı olaraq 14-16 min manat satılacağı bildirilibdir. Avtomobil 115 və 150 at qüvvəsi hasil edən 1,7-litrlik dörd silindrli mühərrik və beş pilləli mexaniki trenasmissiya ilə təchiz ediləcəkdir.

Öndən çəkiş sisteminə malik olan avtomobilin top variantının təchizatına elektriklə tənzimlənən ön oturacaqlar, klimat-kontrol, sensorlu displeyi olan multimedia sistemi, ABS sistemi, lyuk və sair avadanlıqlar daxildir. Lakin, Azərmaş rəhbərliyinin planları bir modellə məhdudlaşmır. Gələcəkdə buraxılan model xəttinin genişləndirilməsi şirkətin strateji planlarından biridir.

Ölkəmizdə avtomobil istehsalına başlanması sevindirici haldır və bu məsələyə bir qədər strateji baxmaq gərəkdir. Almaniya, Fransa və Belçikada istehsal edilən avadanlıqla təchiz edilmiş bu müəssisə istənilən markadan olan istənilən modelin istehsalına şərait yaradır. Biz isə, yerli peşəkar avtomobil dərgisi olaraq Azərbaycanda seriya şəklində istehsal edilən ilk avtomobilin uzunmüddətli sınaqlarını həyata keçirərək oxucularımıza məlumat verməyə tam hazırıq.

ДРУГИЕ СТАТЬИ