ГЛАВНАЯ
  •   Aston Martin
21 сен 2018Avtoxəbərlər

Kənan Sofuoğlu F-16 təyyarəsi və F1 bolidinə qarşı yarışıb

İstanbulda keçirilən Aerokosmik texnologiyaları festivalında qeyri-adi yarış keçirilib. Bu yarışda Electric GT seriyasında çıxış edən Tesla Model S elektrokarı, iki təyyarə, superbayk, Formula 1 bolidi və iki sportkar iştirak edib. Yarışın videosu Motor1 Türkiyə saytı tərəfindən yayılıb.

20 сен 2018Avtoxəbərlər

Aston Martin yeni hiperkar hazırlayır

Aston Martin şirkəti Project 003 kod adlı yeni hiperkarı buraxacağını bəyan edib. Ortamühərrikli kupe Valkyrie hiperkarının texnologiyalarını əldə edəcək və daha sərfəli olacaqdır. Valkyrie modelindən bir pillə aşağıda qərarlaşacaq hiperkar 500 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır.

19 сен 2018Avtoxəbərlər

Aston Martin şirkəti Zagato atelyesinin 100 illik yubileyinə hədiyyə hazırlayıb

Aston Martin şirkəti Zagato atelyesinin 100 illik yubileyinə DBZ Centenary Collection adlı xüsusi avtomobillər kolleksiyasını hazırırlayacaqdır. Kolleksiyaya “yenidən buraxılacaq” 1960-cı ilin DB4 GT Zagato trek sportkarı və tamamilə yeni mülki DBS GT Zagato modeli daxil olacaqdır.

12 сен 2018Avtoxəbərlər

Aston Martin elektrik Rapid E modelinin tizerini yayıb

Aston Martin şirkəti Williams Advanced Engineering ilə birlikdə hazırladığı Rapid E elektrik superkarının tizerini dərc edib. Britaniya markasının ilk elektrokarının istehsalı Seynt Atandakı zavodda təşkil ediləcəkdir. Elektrokarın ümumi tirajı 155 ədəd olacaqdır.

21 авг 2018Avtoxəbərlər

Aston Martin Ceyms Bondun avtomobilini 25 nüsxəlik tirajla buraxacaq

Aston Martin şirkəti DB5 modelinin buraxılışını bərpa etməyi planlaşdırır. İstehsalçı, 1964-cü ildə çəkilmiş «Qoldfinger» filmində istifadə edilən avtomobilin 25 nüsxəlik dəqiq surətini buraxmaq niyyətindədir.

19 мар 2018Avtoxəbərlər

Aston Martin Varekai adını qeydiyyatdan keçirib

Aston Martin şirkəti Britaniyanın intellektual mülkiyyətin qeydiyyatı şöbəsinə Varekai ticarət adını qeydə almaq üçün müraciət edib. Qeyri-adi adi səslənən söz qaraçıların dilindən tərcümədə “harada istəyirsən” kimi tərcümə olunur. Lakin, Varekai daha çox kanadalı Cirque du Soleil şou truppası ilə bağlıdır.

13 мар 2018Avtoxəbərlər

Aston Martin şirkəti Valkyrie modelinin "kiçik qardaşını" hazırlayır

Aston Martin şirkəti istehsalı dayandırılmış Ferrari LaFerrari və McLaren P1 modellərinin rəqibi olacaq daha bir ortamühərrikli hiperkar hazırlamaq niyyətindədir. Bu modeli zavod daxilində “Valkiriya modelinin kiçik qardaşı” adlandırırlar. Bu barədə Aston Martin şirkətinin başçısı Əndi Palmerə istinadən “Autocar” dərgisi yayıb.

РАНЕЕ