ГЛАВНАЯ
  •   Honda
24 май 2018Avtoxəbərlər

Honda Civic Type R modelini pikapa çeviriblər

Britaniya avtomobil istehsalçıları və dilerləri cəmiyyətinin təşkil etdiyi SMMT Test Day tədbirində Honda şirkəti son nəsil Civic Type R hetçbekinin əsasında inşa edilmiş pikapı nümayiş etdirib. Avtomobil yapon markasının Suindondakı zavodunun mühəndislik departamenti tərəfindən yığılıbdır.

26 апр 2018Sərgilər

Pekin 2018: Honda çin bazarı üçün elektrik krossoveri hazırlayıb

Honda şirkəti Pekin avtosalonunda çin bazarı üçün nəzərdə tutulmuş ilk seriya krossoverinin carçısını təqdim edib. Bu konsept Hinda HR-V krossoverinin bazasında yaradılmış Everus EV prototipidir.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Acura RDX krossoverinin yeni nəsli təqdim edildi

Acura şirkəti Nyu-Yorkda keçirilən avtosalonun çərçivəsində yeni nəsil RDX krossoverini təqdim edib. İstehsalçının bildirdiyinə görə, bu Acura RDX modelinin son 10 il ərzində başına gələn ən iri miqyaslı yenilənməsidir. Avtomobil üçün xüsusi platforma, yeni interyer və güc aqreqatları xətti yaradılıbdır.

15 мар 2018Avtoxəbərlər

Honda dünyanın ən sürətli ötbiçənini daha sürətli edəcəkdir

Honda şirkəti BTCC çempionatındakı tərəfdaşı olan Team Dynamics komandası ilə birlikdə Mean Mower otbiçəninin ikinci “qaynar” versiyasını hazırlayacaqdır. Yeni otbiçən əvvəlkindən Honda CBR 1000R Fireblade superbaykından alınmış daha güclü mühərriki ilə seçiləcəkdir.

13 мар 2018Avtoxəbərlər

Yeni nəsil Acura RDX krossoveri Nyu-York avtosalonunda debüt edəcək

Acura şirkəti yeni nəsil RDX krossoverinin tizerini dərc edib. Tizerdən göründüyü kimi, seriya avtomobili bu ilin yanvarında Detroyt avtosalonunda nümayiş etdirilmiş eyni adlı konsepti dəqiqliklə təkrar edir. Yeni modelin kütləvi təqdimatı 28 mart tarixində işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.

12 мар 2018Avtoxəbərlər

«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin finalçıları müəyyən edilib

«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin təşkilatçıları finalçıların siyahısını elan ediblər. Bu müsabiqənin qalibinin adı 28 mart tarixində Nyu-Yorkda keçiriləcək avtosalonda elan ediləcəkdir.

1 мар 2018Avtoxəbərlər

Beşinci nəsil Honda CR-V modelinin avropa bazarı üçün variantı təqdim edilib

Honda şirkəti beşinci nəsil CR-V krossoverinin avropa bazarı üçün nəzərdə tutulan variantını təqdim edib. İlk dəfə olaraq hibrid güc qurğusu və salonun yeddi yerli konfiqurasiyası ilə təchiz edilən krossoverin debütü bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

РАНЕЕ