ГЛАВНАЯ
  •   Infiniti
24 ноя 2017Avtoxəbərlər

Infiniti şirkəti QX50 modelinin yeni nəslinin ilk fotoşəklini dərc edib

Los-Anjeles avtosalonunun başlamasına sayılı günlər qalmış Infiniti şirkəti yeni nəsil QX50 krossoverinin ilk fotoşəkilini dərc edib. Yeni krossover dəyişən sıxılma əmsalı olan benzin mühərrikini və sürücüyə yardım sistemlərinin kompleksi olan ProPİLOT sistemini əldə edib.

22 ноя 2017Avtoxəbərlər

Infiniti şirkəti QX50 krossoverinin ilk tizerini dərc edib

Infiniti şirkəti yeni QX50 krossoverinin ilk tizerini dərc edib. Bu ayın 28-i tarixində Los-Anjelesdə debüt edəcək krossover, dəyişən sıxılma dərəcəsinə malik olan yeni benzin mühərrik ilə təchiz olunacaqdır.

10 ноя 2017Avtoxəbərlər

Infiniti yenilənmiş QX80 modeli təqdim edib

Infiniti şirkəti yenilənmiş QX80 yolsuzluq avtomobilini təqdim edib. Ofroder bu ilin yazında Nyu-York avtosalonunda debüt edən QX80 Monograph konsept avtomobilinin üslubunda hazırlanmış dizayna sahib olub.

13 окт 2017Avtoxəbərlər

Infiniti QX80 modelinin təsvirlərini dərc edib

Infiniti şirkəti yeni nəsil QX80 bayraqdar yolsuzluq avtomobilinin təsvirləri olan fotoşəkilləri paylaşıb. Yeni ofroderin ilk kütləvi nümayişi 14 noyabr tarixində Dubayda keçiriləcək avtosalonda baş tutacaqdır.

22 сен 2017Avtoxəbərlər

Infiniti iki krossoverin satışlarına son verib

Infiniti şirkəti iki krossoverin satışlarını dayandırmaq qərarına gəlib. Söhbət Infiniti QX50 krossoverindən və QX60 modelinin hibrid modifikasiyasından gedir. Bu barədə xəbəri Moto1 saytı yayıb.

22 сен 2017Avtoxəbərlər

Infiniti elektromobillər üçün yeni platforma yaradacaq

Infiniti şirkətinin ilk elektromobili 2019-cu ildə debüt edəcəkdir. Buna baxmayaraq, istehsalçı asan yolu seçməyib - yəni mövcud olan modellərin birini elektrik ötürməsinə keçirmək niyyətində deyil.

14 авг 2017Avtoxəbərlər

Infiniti Pebbl-Biçdə Prototype 9 konseptual yarış avtomobilini göstərəcək

Infiniti şirkəti 1940-cı illərin yarış avtomobillərinin üslubunda inşa edilən Prototype 9 adlı elektrik konseptini hazırlayıb. Avtomobilin təqdimatı Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində baş tutacaqdır.

РАНЕЕ