ГЛАВНАЯ
  •   Jaguar
6 сен 2018Avtoxəbərlər

Lister dünyanın ən sürətli krossoverini göstərib

Britaniyanın retrosportkarların inşası ilə ixtisaslaşmış Lister şirkəti “dünyanın ən sürətli krossoverinin” zahiri görkəmi üzərindəki pərdəni götürüb. Lister LFP adını almış krossover 250 nüsxədən ibarət tirajla buraxılacaqdır. Artıq, Jaguar F-Pace SVR modelinin bazasına inşa edilən ekstremal krossoverə sifarişlər qəbul edilir.

6 сен 2018Avtoxəbərlər

Bond haqqında filmdə çəkilmiş Jaguar C-X75 superkarı satılır

Britaniyada fəaliyyət göstərən Kaaimans International şirkəti satışa Ceyms Bond haqqında çəkilmiş “007:Spektr” filmində iştirak etmiş yeddi Jaguar C-X75 superkarlarından birini satışa çıxarıb. Jaguar markasının 75 illik yubileyinin şərəfinə buraxılan avtomobildən filmin mənfi qəhrəmanı Mister Hinks istifadə edirdi.

28 авг 2018Avtoxəbərlər

Jaguar şirkəti Pebbl-Biçə E-Type Zero rodsterini gətirib

Jaguar şirkəti klassik E-Type sportkarının elektrik variantını kiçik seriya ilə istehsal etmək qərarına gəlib. Orijinal avtomobillərin sahiblərinə onların avtomobillərini elektrik ötürməsinə keçirilməsi də təklif ediləcəkdir. Lakin, modelin autentikliyini qoruyub-saxlamaq üçün bu prosesi əks istiqamətdə də etmək mümkün olacaqdır.

28 мар 2018Sərgilər

Nyu-York 2018: Jaguar F-Pace modelinin "bərkgedən" SVR versiyasını təqdim edib

Jaguar şirkəti ən güclü və yeyin olan F-Pace krossoverini təqdim edib. F-Pace SVR adını almış avtomobilin təqdimat mərasimi Nyu-York avtosalonunda keçiriləcəkdir. “Bərkgedən” krossover yenidən tənzimlənmiş amortizatorlara, daha sərt yaylara, aktiv arxa differensiala və yüngülləşdirilmiş buraxılış sisteminə sahib olub.

2 мар 2018Avtoxəbərlər

Jaguar şirkəti i-Pace elektrik krossoveri haqqında "danışıb"

Jaguar şirkəti bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdirəcəyi elektrik i-Pace krossoverini təqdim edib. Krossover dolu batareyalar ilə 480 kilometr qət etmək iqtidarındadır.

14 фев 2018Avtoxəbərlər

Britaniyalılar köhnə Jaguar XKR modelini 600 at qüvvəli sportkara çevirəcəklər

Klassik modelləri bərpa edərək onları müasir texniki hissə ilə təchiz edən Britaniyanın David Brown Automotive markası Speedback GT retro-sportkarının xüsusi modifikasiyasının tizerlərini dərc edib.

7 фев 2018Avtoxəbərlər

Jaguar Classic 25 ədəd klassik D-Type modelini buraxacaqdır

Jaguar Land Rover ittifaqı pərəstiş obyektinə çevrilmiş daha bir klassik modeli yenidən həyata qaytarmaq niyyətindədir. Bu əfsanəvi yarış avtomobillərindən biri olan Jaguar D-Type sportkarıdır.

РАНЕЕ