ГЛАВНАЯ
  •   Jeep
17 май 2018Avtoxəbərlər

Hennessey 1027-qüvvəli Jeep Grand Cherokee modelinin videosunu yayıb

Texasda yerləşən məşhur Hennessey atelyesi 1027 at qüvvəli Jeep Grand Cherokee Trackhawk ofrouderinin 60 mil/saata (96 km/saat) sürətlənməsi və dörddə bir dreq məsafəsini qət etməsi barədə videoçarxı yayıb. Videoçarx tünerin YouTube kanalında dərc edilib.

1 май 2018Avtoxəbərlər

Jeep JK indeksli Wrangler modelinin istehsalına son verib

Jeep şirkəti JK indeksli Wrangler modelinin üçüncü nəslinin istehsalını başa vurub. Konveyerdən çıxan sonuncu avtomobil dördqapılı ağ rəngli Rubicon Unlimited modeli olub. Sonuncu ofrouder Ohayo ştatının Toledo şəhərindəki müəssisədə istehsal olunur.

21 мар 2018Avtoxəbərlər

Jeep pasxa safarisi üçün yeddi konsept hazırlayıb

Jeep və Mopar şirkətləri 52-ci illik pasxa safarisi üçün hazırladıqları yeddi konseptual yolsuzluq avtomobilini təqdim edib. Moab şəhərində keçiriləcək tədbir bu ayın sonunda başlanacaqdır. Konseptlərdən beşi yeni nəsil Wrangler modelinin, ikisi isə Renegade və Wagoneer modellərinin bazasında hazırlanıb.

16 мар 2018Avtoxəbərlər

Jeep pasxa rallisinə iki konsept gətirəcək

Jeep şirkəti illik paxsa rallisi üçün hazırladığı iki konseptual ofroderin tizerini dərc edib. Tədbir martın sonunda Amerika Birləşmiş Ştatlarının Moab şəhərində keçiriləcəkdir.

5 мар 2018Avtoxəbərlər

Jeep şirkəti Gran Commander modelinin interyerinin şəkillərini dərc edib

Jeep şirkəti yeddi yerli Grand Commander yolsuzluq avtomobilinin interyerinin fotoşəklini dərc edib. Avtomobilin təqdimatıaprel ayında keçiriləcək Pekin avtosalonunda təqdim ediləcəkdir.

24 янв 2018Avtoxəbərlər

Jeep Grand Cherokee qara "idman" modifikasiyasına sahib olub

Jeep şirkəti Grand Cherokee modelinin xüsusi modifikasiyasını təqdim edib. Avropa bazarı üçü nəzərdə tutulan modifikasiya “S” indeksinə sahib olub. Grand Cherokee S modeli idman asqısını və eksteryerin qara rənglə tərtibatını əldə edib.

22 янв 2018Avtoxəbərlər

Jeep şirkəti Grand Commander modelinin ilk təsvirlərini dərc edib

Bir müddət bundan öncə, Jeep Grand Commander modelinin cəsus fotoşəkillərini dərc etmişdik. Bu gün amerikan istehsalçısı avtomobilin rəsmi şəkillərini yayıb. Xatırladaq ki, Grand Commander modeli yalnız Çin bazarında satılacaqdır.

РАНЕЕ