ГЛАВНАЯ
  •   Koenigsegg
7 дек 2017Avtoxəbərlər

Koenigsegg Agera RS 457 km/saat həddinə qədər sürətlənib.

Bir müddət bundan öncə Koenigsegg şirkəti yeni sürət rekorduna imza atdığını bəyan etmişdi. Koenigsegg Agera RS superkarı Nevada ştatındakı Pahramp qəsəbəsinin yaxınlığındakı şossedə 457 km/saat həddinə qədər sürətlənmışdı. Bu gün isveçlilər bunu təsdiq edən videoçarxı yayıblar.

8 ноя 2017Avtoxəbərlər

Koenigsegg şirkəti sürət rekordunu yeniləyib

İsveç superkarlar istehsalçısı olan Koenigsegg şirkəti yeni sürət rekorduna imza atıb. Koenigsegg Agera RS superkarı Nevada ştatındakı Pahramp qəsəbəsinin yaxınlığındakı şossedə 447 km/saat həddinə qədər sürətlənib.

5 окт 2017Avtoxəbərlər

Koenigsegg Agera RS Bugatti Chiron modelinin rekordunu alt-üst edib

Koenigsegg Agera RS hiperkarı yerindən 400 km/saat həddinə kimi sürətlənmək və sonradan tam dayanmaq üzrə dünya rekordunu qeydə alıb. İsveç hiperkarı bütün bunları 36,44 saniyə ərzində yerinə yetirərək, Bugatti Chiron modelinin rekordunu 5,5 saniyə üstələyib.

22 авг 2017Avtoxəbərlər

Koenigsegg üç model üçün təkmilləşdirmələr dəsti təklif edir

Motereydə keçirilən avtomobil sərgisində Koenigsegg şirkəti istehsal etdiyi üç model üçün təkmilləşdirmələr dəstini nümayiş etdirib. Onların sırasında Regera superhibridinə iki cüt antiqanadı əlavə edən Aero dəsti də vardır.

11 июл 2017Avtoxəbərlər

Koenigsegg və Hasselblad şirkətlərindən "ekstremal" fotosessiya

Fototexnikanın istehsalı üzrə ixtisaslaşmış Hasselblad firması və hiperkar istehsalçısı Koenigsegg şirkəti qeyri-adi fotosessiya üçün bir araya gəliblər. Tərəflər Regera və Agera RS hiperkarlarının “ekstremal” fotoşəkillərini hazırlayıblar.

14 июн 2017Avtoxəbərlər

Koenigsegg şirkəti Regera hiperkarının bütün tirajını satıb

Koenigsegg şirkəti iki il bundan öncə təqdim etdiyi Regera hiperkarının bütün tirajını satdığını bəyan etmişdir. İsveç istehsalçısı cəmi 80 ədəd Regera hiperkarını buraxacaqdır.

18 май 2017Avtoxəbərlər

Koenigsegg şirkəti müştərinin qəzaya düşmüş avtomobilini özünə götürüb

Koenigsegg şirkəti müştəri üçün hazırladığı və sınaqlar zamanı qəzaya düşmüş Agera RS modelini bərpa etdikdən sonra özündə saxlayacaqdır. Eyni zamanda, istehsalçı müştəri üçün yeni hiperkar hazırlayacaqdır.

РАНЕЕ