ГЛАВНАЯ
  •   Mini
10 янв 2018Avtoxəbərlər

Mini şirkəti hetçbek və kabrioletləri yeniləyib

Mini şirkəti yenilənmiş üç və beşqapılı hetçbekləri, həmçinin kabrioletləri təqdim edib. Mini model xəttində ilk dəfə olaraq, bu modellər yeni loqotipə, işıqdiodlarından ön fənərlərə, britaniya bayrağı formasında işıqdiodları olan arxa fənərlərə, iki “yaş” miftalı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusuna sahib olublar.

27 дек 2017Avtoxəbərlər

Mini şirkəti yeni xidməti işə salıb

Mini şirkəti yeni MINI Yours Customised xidmətini işə salıb. Bu xidmət avtomobil sahiblərinə 3D çapı lazer naxış açması vasitəsi ilə dekorativ elementləri fərdiləşdirmək imkanı verəcəkdir. Xidmətin köməyi ilə qapı panelləri üçün, yan əlavələrdəki və kandar lövhələrindəki, həmçinin mərkəzi konsoldakı işləmələrin naxışlarını yaratmaq mümkündür. Bu xidmət köhnə və yeni modellər üçün əlçatandır.

21 дек 2017Avtoxəbərlər

Mini modelləri yeni "robota" sahib olublar

Mini hetçbek və kabrioletləri yeddi pilləli iki "yaş" muftası olan robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Hazırda Mini Aisin şirkətinin istehsalı olan altı pilləli avtomatik ötürmələr qutusundan istifadə edir.

15 дек 2017Avtoxəbərlər

Mini şirkəti yeni loqotipi nümayiş etdirib

Mini şirkəti gələn ilin mart ayından başlayaraq avtomobillərində sadələşdirilmiş loqotipdən istifadə edəcəkdir. Şirkətdən bu emblemin “brendin ənənəvi dəyərlərini və gələcəyə istiqamətlənmiş inkişaf ruhunu” əks etdirdiyini bildiriblər.

22 ноя 2017Avtoxəbərlər

Mini və X-Raid "Dakarda" baqqi və ofroderlə yarışacaq

Mini şirkəti və X-Raid yarış komandası ilk dəfə olaraq “Dakar” marafonunda çıxış etmək üçün iki avtomobil hazırlayıb. Onlardan biri istehsalçının bu günə qədər bu yarışlarda istifadə etmədiyi baqqidir.

1 ноя 2017Avtoxəbərlər

Mini üç model üçün xüsusi tüninq dəsti hazırlayıb

Gələn ilin yanvar ayından başlayaraq, Amerika Birləşmiş Ştatlarında Mini Cooper S hetçbeki, Clubman universalı və Countryman krossoveri üçün nəzərdə tutulan John Cooper Work Tuning Kit dəstinin satışlarına start veriləcəkdir.

18 окт 2017Avtoxəbərlər

Tələbələr 2025-ci ilin Mini hetçbekini hazırlayıblar

Amerikan Klemenson universitetinin 18 tələbəsi Mini şirkəti üçün konsept hazırlayıb. Deep Orange 7 adını almış avtomobil holoqrafik displeyi olan “süzən” cihazlar panelinə və qeyri-adi baqaj bölümünə sahib olub.

РАНЕЕ