ГЛАВНАЯ
  •   Mitsubishi
18 сен 2018Avtoxəbərlər

Mitsubishi yenilənmiş L200 pikapının ilk təsvirini dərc edib

Mitsubishi şirkəri yenilənmiş L200 pikapının ilk təsvirini yayıb. Dərc edilən fotoşəkildən göründüyü kimi, pikap Dynamic Shield firma üslubunda hazırlanmış ön hissəyə malik olacaqdır. Bu üslub nazik ön fənərlərin,Eclipse Cross modelində olduğu kimi iri duman əleyhinə işıqların və yeni radiator barmaqlığının mövcudluğundan xəbər verir.

16 авг 2018Test-drayv

Kişi maşını

Mitsubishi Pajero Sport üçüncü nəslinin testini «həm ziyarət, həm ticarət» prinsipini rəhbər tutaraq həyata keçirdim. Yəni, həm Qəbələdə baş tutan Qafqaz Motor Show avtomobil sərgisinə yollandım, həm də avtomobili səfərdə test etdim. Son illərdə özünə hörmət edən hər bir avtomobil istehsalçısının model xəttində SUV avtomobillərinin olması artıq şərtddir. Hətta Bentley, Rolls-Royce, Jaguar, Lamborghini kimi lyuks, premium və idman avtomobil istehsalçıları da krossoverlər təklif edirlər. Lakin, xarici görünüşü ofrouderləri xatırlatsalarda, bu avtomobillər yalnız şəhərdə və şəhərlərarası şosselərdə istifadə üçün yaradlılır.

30 мар 2018Avtoxəbərlər

Renault və Nissan birləşərək yeni istehsalçı yaratmaq fikrinə düşüblər

Renault və Nissan şirkətləri birləşmək, aktivləri cəmləşdirmək və yeni istehsalçının yaradılması barədə danışıqlar aparırlar. Bu addım istehsal strategiyasının dəyişməsi, elektromobillərin istehsalına keçid və birgə istifadə edilən biznes-modelin inkişafı ilə bağlıdır.

25 окт 2017Sərgilər

Tokyo 2017: Mitsubishi e-Evolution - elektrikin təkamülü

Mitsubishi Motors şirkəti Tokyo avtosalonunda e-Evolution konseptual krossoverini geniş kütlə qarşısında nümayiş etdirib. Artıq söylənildiyi kimi, prototipin seriya variantı Lancer Evolution modelinin davamçısı olacaqdır.

5 окт 2017Avtoxəbərlər

Mitsubishi Motors e-Evolution prototipindən danışıb

Mitsubishi Motors şirkəti e-Evolution konseptual elektrik krossoveri haqqında məlumatı dərc edib. Lancer Evolution modelini əvəz edəcək krossoverin nümayişi bu ayın sonunda keçirilən Tokyo avtosalonunda baş tutacaqdır.

20 сен 2017Avtoxəbərlər

Mitsubishi Tokyoda Lancer Evolution modelinin varisinin prototipini göstərəcək

Oktyabr ayında Tokyoda keçiriləcək avtosalonda Mitsubishi Motors şirkəti e-Evolution adlı “bayraqdar konsept avtomobilini” təqdim edəcəkdir. Prototipin seriya variantı Mitsubishi Lancer Evolution sedanının ideoloji davamçısı olacağı ehtimal edilir.

18 сен 2017Avtoxəbərlər

Renault-Nissan alyansı Renault-Nissan-Mitsubishi adlanacaq

Renault-Nissan alyansı bundan sonra Renault-Nissan-Mitsubishi adlanacaqdır. Bu barədə elanı, 15 sentyabr tarixində keçirilən yeni strategiyanın təqdimatı zamanı Karlos Qon edib.

РАНЕЕ