ГЛАВНАЯ
  •   NIssan
11 окт 2017Avtoxəbərlər

Nissan GT-R sportkarını coystikə qoşublar

Nissan şirkəti Gran Turismo yarış simulyatorunun yaradıcısı olan Polyphony Digital şirkətilə əməkdaşlığının 20 illik yubileyinə həsr olunmuş qeyri-adi Nissan GT-R modelini inşa edib. Sportkarı Sony PlayStation əlavəsinin coystikinə birləşdirərək Silverstoun trekinə buraxıblar.

3 окт 2017Avtoxəbərlər

Nissan Tokyoda "qaynar" Leaf Nismo konseptini göstərəcək

Nissan şirkəti bu ayın sonunda işinə başlayacaq Tokyo avtosalonunda "qaynar" Leaf Nismo elektrokarının konseptual variantını təqdim edəcək. Bu gün yapon şirkətinin mətbuat xidməti konseptin fotoşəkillərini dərc edib.

18 сен 2017Avtoxəbərlər

Renault-Nissan alyansı Renault-Nissan-Mitsubishi adlanacaq

Renault-Nissan alyansı bundan sonra Renault-Nissan-Mitsubishi adlanacaqdır. Bu barədə elanı, 15 sentyabr tarixində keçirilən yeni strategiyanın təqdimatı zamanı Karlos Qon edib.

6 сен 2017Avtoxəbərlər

Yeni nəsil Nissan Leaf elektromobili təqdim edildi

Nissan şirkəti Leaf elektrokarının yeni nəslini təqdim edib. Model daha güclü və yeyin olmuş, onun qidalanmadan qət etdiyi yürüş məsafəsi artmış, üstəlik onu bir pedalın – akseleratorun köməyi ilə idarə etmək olar. İstehsalçının bildirdiyinə görə, artıq ənənəvi əyləc pedalı təcili hallarda gərək olacaqdır.

30 авг 2017Avtoxəbərlər

Nissan 370Z yenilənib

Nissan şirkəti 370Z sportkupesini yüngül şəkildə yeniləyib. Avtomobil həm zahirini, həm texniki, həm də avadanlıq cəhətdən yenilənməyə məruz qalıb.

23 авг 2017Avtoxəbərlər

Nissan yeni nəsil Leaf modelinin növbəti tizerini yayıb

Nissan ikinci nəsil Leaf elektrokarına həsr etdiyi növbəti tizeri yayıb. Bu dəfə istehsalçı 6 sentyabr tarixində Yaponiyada təqdim ediləcək elektromobilin arxa fənərinin əks etdirildiyi şəkili dərc edib. Bir müddət bundan əvvəl yapon istehsalçısı modelin aerodinamikasından danışıb.

11 авг 2017Avtoxəbərlər

Datsun gənclər üçün hetçbek nümayiş etdirib

Datsun şirkəti Cakartada keçirilən avtosalonda gənc indoneziyalılara ünvanlanmış modelin konseptini nümayiş etdirib. Bu idman üslubunda hazırlanmış beşqapılı GO live hetçbekidir.

РАНЕЕ