ГЛАВНАЯ
  •   Peugeot
7 дек 2017Avtoxəbərlər

PSA qrupu yeni üçtəkərli nəqliyyat vasitəsini təqdim edib

PSA Peugeot Citroen qrupu şəhərdə və şəhərətrafı rayonlarda istifadə etmək üçün üçtəkərli konseptual hibridi nümayiş etdirib. Konsept, yüngül elektrik nəqliyyat vasitələri sahəsində çalışmaları həyata keçirən Efficient Urban Light Vehicle (EU-LIVE) konsorsiumunun üzvlüyü çərçivəsində hazırlanıbdır.

5 дек 2017Avtoxəbərlər

Peugeot yaxtalar üçün i-Cockpit interyerini hazırlayıb

Peugeot şirkəti, yelkənli və motorlu qayıqların istehsalçısı olan fransız Beneteau firması ilə birlikdə konseptual yaxta interyerini hazırlayıb. Sea Drive adını alan konsept, fransız markasına məxsus olan i-Cockpit firma üslubunda yaradılıb.

14 ноя 2017Avtoxəbərlər

103 illik Peugeot avtomobili 7 milyon 260 min dollara satılıb

Bonhams hərrac evinin keçirdiyi hərracda dünyada ən bahalı fransız avtomobili olan 1914-ci ilin Peugeot L45 Grand Prix Two-Seater modeli satılıb. İndianapolisdə yarışan klassik yarış avtomobili 7 milyon 260 min dollara satılıb.

10 окт 2017Avtoxəbərlər

Peugeot virtual superkarı təkmilləşdirib

Peugeot şirkəti yeni virtual L750 R HYbrid Vision Gran Turismo superkarını nümayiş etdirib. Gran Turismo Sport yarış simulyatoru üçün hazırlanmış avtomobil L500 R HYbrid Vision Gran Turismo konseptinin ekstremal variantıdır.

1 июн 2017Avtoxəbərlər

Peugeot şirkəti yenilənmiş 308 GTI modelini təqdim edib

Peugeot şirkəti rəsmi olaraq “qaynar” 308 GTI hetçbekinin yenilənmiş variantını təqdim etmişdir. “Qaynar” hetçbek adi modelin əldə etdiyi yenilikləriə sahib olmuşdur.

5 май 2017Avtoxəbərlər

Peugeot 308 modeli yenilənib

Peugeot şirkəti rəsmi olaraq yenilənmiş 308 modelini təqdim etmişdir. Avtomobil yeni dizel mühərrikini və Aisin şirkətinin məhsulu olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusunu əldə etmişdir.

6 мар 2017Avtoxəbərlər

Cenevrə 2017: Peugeot 3008 Avropada "İlin avtomobili" oldu

Bu gün Avropada «İlin avtomobili» müsabiqəsinin qalibi elan edilmişdir. Baş mükafatı 319 xal toplamış Peugeot 3008 krossoveri qazanmışdır. Mükafatlandırma mərasimi Cenevrə avtosalonunun keçirildiyi PalExpo sərgi mərkəzində fransız istehsalçısının nümayəndəsinə təqdim edilmişdir.

РАНЕЕ