ГЛАВНАЯ
  •   Renault
13 сен 2018Avtoxəbərlər

Renault şirkəti Kadjar krossoverini yeniləyib

Renault şirkəti restaylinq keçmiş Kadjar krossoverini təqdim edib. Kütləvi debütü Paris avtosalonunda keçiriləcək krossoverin mühərrik çeşidi tamamilə yenilənibdir.

29 авг 2018Avtoxəbərlər

Renault şirkəti Arkana kupe-krossoverini təqdim edib

Renault şirkəti Moskvada keçirilən avtosalonda yeni kupeşəkilli krossoverin carçısı olan Arkana konseptini nümayiş etdirib. Bu avtomobil fransız markasının xüsusi olaraq Rusiya bazarı üçün yaradılmış ilk modelidir. Seriya modelinin satılacağı ilk ölkə də məhz Rusiya olacaqdır.

17 авг 2018Avtoxəbərlər

Renault yeni Stepway ailəsini təqdim edib

Renault şirkəti «yolsuzluq» üçün nəzərdə tutulan yeni Stepway ailəsindən olan modelləri təqdim edib. Bu ailəyə yenilənmiş Sandero modeli ilə yanaşı Logan və Dokker furqonu da daxil olubdur. Yeni ailənin təqdimatı bu ayın sonunda işinə başlayacaq Moskva avtosalonunda keçiriləcəkdir.

4 апр 2018Avtoxəbərlər

Renault Captur S-Edition 150 at qüvvəli mühərrikə sahib olub

Bizim bazarda satılan Renault Kaptur modeli 114 və 143 at qüvvəli mühərriklər ilə təklif edilir. Bunu onun Avropada satılan qardaşı Captur krossoveri haqqında demək olmaz. Renault Clio modelinin öndənçəkişli şassisində inşa edilən krossover yalnız 120 at qüvvəli mühərriklə təchiz edilir. Artıq Captur da güclü mühərrikə sahib olub.

30 мар 2018Avtoxəbərlər

Renault və Nissan birləşərək yeni istehsalçı yaratmaq fikrinə düşüblər

Renault və Nissan şirkətləri birləşmək, aktivləri cəmləşdirmək və yeni istehsalçının yaradılması barədə danışıqlar aparırlar. Bu addım istehsal strategiyasının dəyişməsi, elektromobillərin istehsalına keçid və birgə istifadə edilən biznes-modelin inkişafı ilə bağlıdır.

12 мар 2018Sərgilər

Cenevrə 2018: Renault EZ-GO - gələcəyin nəqliyyat vasitəsi

Renault şirkəti Cenevrə avtosalonunda EZ-GO konsept avtomobilini nümayiş etdirib. Fransız markasının nümayəndələri bu konseptin həm avtomobil, həm də xidmət üsulu olduğunu bildiriblər. Elektrik güc qurğusu və avtopilotla təchiz edilən prototip, metro və avtobusla yanaşı şəhər nəqliyyat sistemini tamamlamalıdır.

5 мар 2018Təhlükəsizlik

Ekstremal kurslar. Yenidən buz üzərində

«Nəzərə al ki, bu meydançada əldə etdiyin təcrübə sənə nəinki qarlı və buzlu yarış treklərində, həmçinin gündəlik həyatda da gərək olacaqdır», - Mixail mənə müraciət edir. «Mixail, təsəvvür edirsən, bu il Bakıya qar yağmayıb», - gülərək cavab verirəm.

РАНЕЕ