ГЛАВНАЯ
  •   Seat
18 май 2018Avtoxəbərlər

Seat şirkəti Tarraco modelinin yeni tizerini yayıb

Ispan avtomobil istehsalçısı olan Seat şirkəti özünün Twitter sosial şəbəkəsindəki səhifəsində Tarraco krossoverinin videotizerinin yayıb. İlkin məlumata görə, yeni krossoverin kütləvi təqdimatı payızda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.

23 мар 2018Avtoxəbərlər

Seat 2020-ci ildə ilk elektrokarını buraxacaq

Seat şirkəti 2020-ci ildə ilk seriya elektromobilini istehsal edəcəyini təsdiq edib və onun ilk tizerini nümayiş etdirib. Tizerdə elektrokarın ön fənəri təsvir edilib. Bu bəyanət şirkətin fəaliyyətinin nəticələrinə həsr edilmiş tədbirdə səslənib.

2 мар 2018Avtoxəbərlər

Cupra brendi elektrik yarış avtomobilini təqdim edib

Seat şirkətinə məxsus olan və “bərkgedən” avtomobillər istehsal edən Cupra subbrendi e-Racer adlı elektrik yarış hetçbekini təqdim edib. Avtomobilin kütləvi təqdimatı bir neçə gündən sonra qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

23 фев 2018Avtoxəbərlər

Seat şirkəti Cupra subbrendinin ilk modelini təqdim edib

Seat şirkəti yeni Cupra subbrendi altında buraxılacaq modelləri təqdim edib. Bu brend altında ispan istehsalçısının "qaynar" modelləri təklif ediləcəkdir.

20 фев 2018Avtoxəbərlər

Seat yeni krossoverinin adını açıqlayıb

Seat şirkəti yeni krossoverinin adını açıqlayıb – Tarraco. Yeni krossover üçün ad ispan istehsalçısının təşkil etdiyi xüsusi müsabiqədə seçilmişdir. Dünyanın istənilən ölkəsindən yaşayan şəxs bu müsabiqədə iştirak edərək öz variantını istehsalçıya yollaya bilərdi.

31 янв 2018Avtoxəbərlər

Seat şirkəti yeni Cupra brendini təsis edib

Seat şirkəti yeni Cupra bredini təsis etdiyini bəyan edib. Beləliklə, ispan istehsalçısının «qaynar» modelləri artıq yeni marka və loqotip altında buraxılacaqdırlar.

18 окт 2017Avtoxəbərlər

Seat yeni modelin adının açıqlanmasını təxirə salıb

Seat şirkəti, Kataloniyadakı siyasi böhranla əlaqədar olaraq, yeni yeddi yerlik krossoverinin adının açıqlanması mərasimini təxirə salıb. Bu barədə, şirkət daxilindəki mənbələrinə istinadən Reuters agentliyi xəbər yayıb.

РАНЕЕ