ГЛАВНАЯ
  •   Suzuki
12 мар 2018Avtoxəbərlər

«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin finalçıları müəyyən edilib

«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin təşkilatçıları finalçıların siyahısını elan ediblər. Bu müsabiqənin qalibinin adı 28 mart tarixində Nyu-Yorkda keçiriləcək avtosalonda elan ediləcəkdir.

8 фев 2018Avtoxəbərlər

Suzuki ucuz krossoverin carçısını nümayiş etdirib

Hindistanın Maruti Suzuki şirkəti Nyu-Dehlidə keçirilən AutoExpo sərgisində Future S adlı konseptual krossoveri nümayiş etdirirb.

13 сен 2017Sərgilər

Frankfurt 2017: Suzuki Swift Sport. Onu "qaynar" adlandırmaq olarmı?

Suzuki şirkəti Frankfurtda keçirilən sərgidə yeni nəsil Swift hetçbekinin “qaynar” modifikasiyasını təqdim edib.

27 дек 2016Avtoxəbərlər

Yeni nəsil Suzuki Swift təqdim edilib

Suzuki şirkəti rəsmi olaraq yığcam Swift modelinin yeni nəslini Yaponiyada təqdim etmişdir. Bütün dünyada satılacaq avtomobilin kütləvi təqdimatı mart ayında keçirilən Cenevrə avtosalonunda baş tutacaqdır.

20 июл 2016Avtoxəbərlər

Suzuki SX4 modeli yenilənib

Suzuki şirkəti yenilənmiş SX4 S-Cross krosseverini rəsmi olaraq təqdim etmişdir. Azərbaycan bazarında bu avtomobil daha çox Suzuki SX4 kimi tanınmışdır. Restaylinq keçmiş avtomobil 120 at qüvvəsi və 156 Nm fırlanma anı olan 1,6-litrlik atmosfer mühərrikindən məhrum olmuşdur.

1 июн 2016Avtoxəbərlər

Suzuki Swift modelinin yeni nəsli turbomühərriklə təchiz ediləcək

«Autocar» dərgisinin Suzuki şirkətinin daxilindəki mənbələrinin verdiyi məlumatda Suzuki Swift htçbekinin növbəti nəslinin Boosterjet ailəsindən olan 1,4-litrlik turbomühərriklə təchiz ediləcəyi bildirilmişdir. Hazırda adı çəkilən dördsilindirli turbomühərrik Vitara krossoverininən ən güclü variantının kapotu altında quraşdırılır. Turbomühərrik 138 at qüvvəsi gücü olan 1,6-litrlik atmosfer tipli mühərriki əvəz edəcəkdir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışacaqdır.

19 май 2016Avtoxəbərlər

Suzuki şirkəti də səhvini etiraf edib

Deyəsən yapon istehsalçıları həqiqəti söyləməyi məcbur edən eliksiri qəbul ediblər. Mitsubishi Motors şirkətinin rəhbərliyinin ardınca Suzuki şirkətinin də rəsmiləri, Yapon hökumətini istehsal etdiyi avtomobillərin yanacaq sərfiyyatı barədə səhv məlumatlandırdıqlarını boyunlarına alıblar. Bu barədə məlumatı yapon istehsalçısının mətbuat xidməti yaymışdır. Suzuki şirkətində aparılmış daxili tədqiqat, 2010-cü ildən başlayaraq ölçmələr aparaılan avadanlığın dövlət tələblərinə uyğun olmadığını aşkar etmişdir.

РАНЕЕ