ГЛАВНАЯ
  •   Tesla Motors
9 фев 2018Avtoxəbərlər

Tesla şirkəti ildə 100 min Semi istehsal etməyi planlaşdırır

Tesla şirkəti Semi elektrik yük avtomobilinin illik istehsalını 100 minə çatdırmağı planlaşdırır. Bu barədə xəbəri amerikan istehsalçısının rəhbəri İlon Maska istinadən "Electrek" saytı yayıb.

8 фев 2018Avtoxəbərlər

Tesla şirkəti 2017-ci ili rekord ziyanla başa vurub

Tesla şirkəti 2017-ci ilin dördüncü rübünü rekord ziyanla başa vurub – 771 milyon dollar. Bununla belə, şirkətin rüblük hasilatı 3,29 milyard dollar olub ki, bu da keçən ilin analoji dövründən 44 % çoxdur. 2017-ci il üzrə şirkətin xalis zərəri 2,24 milyard dollar təşkil edib. 2016-cı ildə bu rəqəm 773 milyon dollar olub.

7 фев 2018Avtoxəbərlər

SpaceX Tesla Roadster modelini Marsa tərəf aparır

İlon Maska məxsus olan SpaceX şirkəti Falcon Heavy raket-daşıyıcısının uğurlu buraxılışını həyata keçirib. “Çəki kütləsinin simulyatoru” olaraq raketin içində Tesla Roadster elektrokarı yerləşdirilib. Bu avtomobilin sükanı arxasında skafandr geyinmiş maneken yerləşdirilib. Uçuş zamanı avtomobildə Dəvid Bouinin Space Oddity mahnısı səsləndirilib.

6 фев 2018Avtoxəbərlər

Tesla şirkəti Roadster modelini kosmosa göndərəcək

Tesla şirkətinin rəhbəri İlon Mask özünün Twitter sosial şəbəkəsindəki səhifəsində Roadster sportkarının növbəti fotoşəklini yayıb. Bu avtomobilin özəlliyi ondan ibarətdir ki, o kosmosa göndəriləcəkdir.

24 янв 2018Avtoxəbərlər

Tesla şirkəti İlon Maska əmək haqqı verməkdən imtina edib

Tesla şirkəti İlon Maska əmək haqqı ödəməkdən imtina etmək qərarına gəlib. Marka rəhbərinin yeni həvəsləndirmə strategiyasına əsasən, maliyyə göstəriciləri planlaşdırıldığına uyğun olduğu halda Mask mükafat alacaqdır.

23 янв 2018Avtoxəbərlər

Bob Luts kolleksiyaçılara Tesla Model S sedanını almağı məsləhət görüb

General Motors konserninin sabiq vitse-prezidenti Bob Luts Tesla şirkəti müflis olduqdan sonra, Tesla Model S sedanının “kolleksiya dəyəri” olan avtomobilə çevriləcəyini bildirib. Onun bu bəyanatı Los Angeles Times nəşri tərəfindən dərc edilib.

23 янв 2018Avtoxəbərlər

Tesla Semi elektrik yük avtomobili yollarda görünüb

Amerika Birləşmiş Ştatlarının ümumi istifadə yollarında ilk Tesla Semi yük avtomobili görünüb. UPS şirkətinin ofisinin yaxınlığından keçən elektrik yük avtomobilinin əks etdirildiyi videoçarxı özünün YouTube kanalında Brandon Camargo adlı istifadəçi yerləşdirib. Xatırladaq ki, Automotive News nəşrinin məlumatına görə, UPS kuryer xidməti 125 ədəd Tesla Semi modelini sifariş edib.

РАНЕЕ