ГЛАВНАЯ
  •   Volkswagen
16 окт 2017Avtoxəbərlər

Volkswagen daha bir yığcam krossover hazırlayır

Volkswagen şirkəti 2018-ci ildə krossoverlər xəttini genişləndirməyi planlaşdırır. Alman istehsalçısının T-Roc modelindən bir pillə aşağıda yerləşəcək yeni krossoveri hazırladığı söylənilir. Bu barədə xəbəri şirkət daxilindəki mənbələrinə istinadən Auto Express nəşri yayıb.

13 окт 2017Avtoxəbərlər

Volkswagen şirkəti Scirocco modelinin istehsalını dayandırıb

Volkswagen şirkəti üçqapılı Scirocco hetçbekinin istehsalına son verib. Artıq avtomobili sifariş vermək mümkün deyil, lakin arzulayanlar istehsal edilmiş modelləri əldə edə bilərlər. Bu barədə xəbəri alman istehsalçının mətbuat xidməti verib.

11 окт 2017Avtoxəbərlər

Yeni nəsil Volkswagen Polo sedanının ilk rəsmi təsviri peyda olub

Bu günlərdə internet şəbəkəsində Volkswagen Polo sedanının növbəti nəslinin ilk rəsmi təsviri yayılıb. Braziliya bazarı üçün nəzərdə tutulan və Virtus adlandırılan sedanın şəkli, Instagram sosial şəbəkəsindəki səhifəsində yerli avtomobil nəşrinin redaktoru Fernando Kalmon tərəfindən dərc edilib.

19 сен 2017Avtoxəbərlər

Volkswagen şirkəti 10 il ərzində Rusiyaya yanacaq idxal etmək məcburiyyətində qalıb

Volkwagen konserninin nümayəndəsi istehsalçının yeni avtomobillərə tökmək üçün benzini Rusiyaya idxal etdiyini bildirib.

12 сен 2017Sərgilər

Frankfurt 2017: Volkswagen I.D. Crozz II

Volkswagen şirkəti Frankfurt avtosalonunda I.D.Crozz II konseptini təqdim edib. Yenilənmiş konsept səslə idarəetməni mümkün edən mütərrəqi sistemə sahib olub. Bu sistemin köməyi ilə, misal üçün, qapıları açıb-bağlamaq mümkündür.

11 сен 2017Avtoxəbərlər

Volkswagen I.D.Crozz konseptinin yeni tizerləri dərc edilib

Bir müddət bundan öncə alman istehsalçısı konseptual I.D.Crozz elektrik krossoverinin yenilənmiş variantının ilk təsvirini dərc edib. Bu konseptin birinci variantı aprel ayında keçirilmiş Şanxay avtosalonunda nümayiş etdirilmişdi. Bu günlərdə istehsalçı daha iki videotizeri dərc edib.

6 сен 2017Avtoxəbərlər

Volkswagen I.D. Crozz konseptini yeniləyib

Volkswagen şirkəti konseptual I.D.Crozz elektrik krossoverinin yeni variantının ilk təsvirini dərc edib. Bu konseptin birinci variantı aprel ayında keçirilmiş Şanxay avtosalonunda nümayiş etdirilmişdi.

РАНЕЕ