Lamborghini 14500 avroluq elektrobaykı təqdim edib

Keçən ilki Lamborghini Terzo Millenio elektrik konsept avtomobilini xatırlayırsınız? Həmin konseptin təqdimatı zamanı italyanlar seriya elektrik sportkarlarının 2025-ci ildə təqdim ediləcəyini bildirmişdirlər. Bu gün isə, italyan markasının Sant’Aqata Bolonyezedəki muzeyində elektrik Lamborghini’nin təqdimatı keçirilib.

Əlbəttə ki, söhbət avtomobildən deyil elektriklə hərəkət edən velosipeddən gedir.

Bu velosipedləri artıq may ayında əldə etmək mümkün olacaqdır. Məlum məsələdir ki, Lamborghini özü bu velosipedin istehsalında iştirak etmir. Elektrobaykların istehsalı ilə Friuli-Venesiya-Culiya regionunda yerləşən Pordenone şəhərininin texnoloji parkında yerləşən Italtechnology startapı buraxacaqdır. Velosipedin yaradılmasına beş il sərf edildiyi, velosipeddə tətbiq edilən konstruktor həllərinin dörd beynəlxalq patent aldığı qeyd olunur.

Bu həllərin arasında səkkiz pilləli sekvental ötürmələrə qutusu, arxa təkəri qapadan elektron şifrəli qıfıl və arxa asqının bir tərəfli qolu da vardır.

Firma ətraflı məlumat verməsə də, quraşdırılmış batareyanın dolu halda Eco rejimində 145 kilometr məsafə qət etməyə imkan verdiyi bildirilib. Batareyanın doldurulmasına 4 saat vaxt tələb olunur. Hələlik, Lamborghini dağ velosipedinin şəklini dərc edib. Lamborghini loqosunu daşıyan elektrobayk 14500 avroya satılacaqdır.

Ad Personam opsional tərtibat proqramı bu qiyməti ciddi şəkildə artıra bilər. Bu proqrama italyan superkarlarına vurulan boyalar da daxildir. Lamborghini by Italtechnology elektrik bayklarının qlobal satışlarına may aylarında başlanacaqdır. Buna baxmayaraq, elektrobayklar xüsusi olaraq seçilmiş Lamborghini dilerləri tərəfindən satılacaqdır.

ДРУГИЕ СТАТЬИ