Tatu necə döyüldü

Son illərdə tatu ölkəmizdə çox populyarlaşır. İnsanlar fərdiliklərini ön plana çəkməyə can atırlar. Mən də bir müddət öncə 5 illik tərddüdlərimə son verərək qoluma ilk tatunu döydürdüm. Mənim üçün tatu azadlıq rəmzi və özəllikdir. Çox sayda aldığım suallara tam cavab tapmaq üçün tatu ustasına müraciət etmək qərarına gəldim.

Elşad Babayev. 37 yaşı var, ailəlidir. Azərbaycan Neft Akademiyasının beynəlxalq iqtisadi əlaqələr və menecment fakultəsini bitirib. Rəssamıqla uşaqlıqdan məşğuldur. Rəsm çəkməyi, avtomobilləri və ətrafındakı hər bir əşyanı gözəl görməyə üstünlük verir. Etiraf etdiyinə görə, tatu döyməyi, ətrafdakılarla qalmaqal yaratmağı və antrikotu çox sevir.

R.M. Tatu nədir?

E.B. Tatu bütün dünyada bir incəsənət növünə çevrilib. Hər zaman insanlar fərqlənməyə çalışıblar. Geyim və aksessuarlar insanın xarakterini tam göstərməyə qadir deyillər. Tatu isə insanların özəlliyini, dünya görüşünü, həyat tərzini və qaydalarını əks etdirir.  

Tatu hər kəs üçün fərdidir və öz mənasını əks etdirir. O, hər hansı bir hadisə ilə bağlı ola bilər. Elə bir rəsm olmalıdır ki, daşıyan şəxs ondan bezməsin, əksinə həzz alsın. Bəzən tatunu düşünmədən etdirənlər sonradan onu ya silir, ya da üzərinə başqasını döydürürlər. Ona görə də, bunu etməmişdən öncə çox götür-qoy etmək lazımdır ki, sonra pişman olmayasan. 

R.M. Tatunun mənası nədir?

E.B. Tatu əslinde bir nişandır, fərqi isə onun bədəndə olmasıdır. Bəziləri tatunu «nakolka» adlandirirlar, bu da köhnə zamandan qalan bir anlayışdır. Öncələr tatunun analoqu olan «nakolkaları» qazamatda döyürdülər. Ona görə də yaşlı insanlarda tatu cinayətkar və həbs ilə assosiasiya yaradır. Elə məhz buna görə də valideynlərin əksəriyyəti tatuya qarşı çıxış edirlər. Halbuki, tatunun tarixi çox qədimlərə gedib çıxır. Ən qədim tatuların 60.000 il yaşı var və onları Misir piramidalarındakı qazıntılar zamanı aşkar edilən mumiyalarda tapılıb. Amma deyilənə görə tatu ibtidai dövrün insanları tərəfindən onların əsl-nəcabətini və hansı tayfadan olduğunu göstərmək üçün edilibmiş.

R.M. Bəs «nakolka» nə məna verir?

E.B. Qazamatda hər bir «nakolkanın» mənası var və bu özəl bir vizit-kartır, yaxud məlumat daşıyıcısıdır. Hər bir «nakolkanın» özəl mənası olduğundan,  hər kəs istədiyini döydürə bilməz. Yanlış olarsa, ona görə hətta öldürə də bilərlər. Lakin, adi həyatda belə anlayışlar yoxdur, hər kəs istədiyi tatunu döydürmək sərbəstliyinə malikdir. Buna görə hiç kim heç bir cavabdehlik daşımır.

R.M. Deyirlər ki, tatu insanın taleyinə təsir edir. Bu nə qədər doğrudur?

E.B. Fikrimcə insanin taleyine ancaq ozü təsir edə bilər. Tatunun taleyə və həyata təsiri məhfumu psixiloji bir amidir. Əgər həmin şəxs vurduğu tatunun mənasına inanırsa, əlbəttə ki, təsir edəcək. Burada söhbət inamdan gedir.  Qədimdən belə qəbul olunub ki, tatuda enegetika var və insanı qoruyur.

Digər tərəfdən tatu ilə hər hansı bir çapıqları gizlətmək olar. Başqa psixoloji tərəfi isə, müəyyən kompleksləri aşmaq üçün tatu yaxşı vasitədir.  İnsanların çox hissəsi tatuları qəbul emir və ona qarşıdır. Bəziləri isə cəmiyyətə qarşı öz fikirlərini bildirmək üçün ondan istifadə edirlər. 

R.M. Hamını maraqlandıran sual, döydürmə ağrılıdırmı?

E.B. Təsəvvür edin ki, ağcaqanad, amma bildiyimizdən 15-20 dəfə böyük olçüdə, dərinizdə oturub dişləyə-dişləyə gəzir. Doğrudur, bəzi bədən hissələri ağrılı ola bilər, bu dərinin incə olan hessələridir. Məsələn, qabırğa, onurğa sütunu, boğaz və boyun hissəsi, qolun yuxari iç hissəsi nisbətən daha ağrılıdır. Yenə də, kimsə tatu istəyirsə, əziyyətə dozməlidir. Menim qabırğa hissəmdə boyuk əjdaha rəsmi var. Onu hər biri dörd saat çəkən iki seansa döydürmüşəm. Birtəhər tab gətirdim, çünki o əjdahanin məhz orada olmasını istəyirdim.

R.M. Deyirlər ki, heç kim 1 tatu ilə yetinmir. Sonradan digərlərini də döydürür.

E.B. Bəli, tez-tez belə olur. Kimsə tatu agrısından qorxur, birtəhər qərar verir.

Gəlib oturub gözləyir ki, indi ağrı olacaq, özünü sıxır, qorxur. Tatu vurmağa başlayandan 15-20 dəqiqə sonra ikinci tatu haqqinda düşünməyə və danışmağa başlayır.

Sonradan isə yenidən qayıdır və yenilərini sifariş edir.

R.M. Keçək detallara. İlk tatunu hara vurmağı məsləhət görürsən?

E.B. Özunün tez-tez görməyəcəyi yerə. İlk tatunu hər zaman görəndə, bir müddət sonra ondan bezmə ehtimali vardır. Ona görə, birinci tatunun öz gözündən gizli, hər zaman görə bilməyəcəyin hissədə olması məsləhətdir. 

R.M. Deyəlim ki, insan peşman oldu, bəs tatunu silmək olurmu?

E.B. Əlbettə. Indiki texnologiyalarla ne istəsən etmek olar. Bəzən düşünürəm ki, bir müddətdən sonra tatunu da hər hansi bir tətbiq (mobil application) ile bədəndə çap edəcək printer icad etsinlər.

Silməyə gəldikdə isə, mən əksər hallarda köhnəsinin üzərindən yenisini vurmaği təklif edirəm, bunu  «cover up» adlandırırlar. 

Silmək üçün aparat isə, lazer epilyasiya aparatlarını xatırladan qurğudan istifadə edilir. Demək olar ki, proses bənzər şəkildə aparılır. Skaner dərinin üzərində işıqlanma yolu ilə rəngi silir.

R.M. Bəs tatunun vurulma texnologiyası necədir? Nə baş verir?

E.B. Müasir zamanda bu xüsusi aparatla edilir. Ona xüsusi iynə taxılır və dərini deşərək, altina rəngi daxil edir. Tatu aparatlari vasitəsi ilə bu proses çox sürətlə baş verir. Tatu ustası isə ele bil qələmlə kağız üzərində yazır.

Lakin qəlım əvəzinə tatu aparatı, kağız əvəzinə isə insan dərisidir. Əslində bu ən sonuncu prosesdir. Ondan əvvəl, kağız üzərində eskiz hazırlanır, həmin eskiz bədənin deyilən hissəsinə köçürülür.

Sonra isə, tatu ustası həmin eskizin üzərindən tatu aparatı ilə keçib, onu dərinin altına rəng vasitəsi ilə həkk edir. Bunlardan daha öncə isə, həmin şəxsi bütün bu proseslərə hazırlamaq lazimdır. Həm fiziki, həm də mənəvi.

R.M. Rəngli tatular necə, onlar dəbdədirmi?

E.B. Mən şəxsən rəngli tatu sevmirəm. Yəqin ki, bashqaları da bu barədə müxtəlif fikirdədirlər. Amma, bildiyim qədər Amerikada daha cox rəngli tatular populyardır. Monoxrom tatu isə klassikadir.

R.M. Ən çox hansı tatular sifariş edirlər?

E.B. Ən çox mini tatular istəyirlər. Ürək, hərflər, ieroqliflər və adları standart olaraq döydürürlər. 

Qeyri-adi bir şey istəyəndə özüm də sevinirəm. Axı tatu ustası bir rəssamdır və öz işləri ilə fəxr etməlidir. Həm də eskizlərin üzərində işləyərkən müştərinin istəklərini müzakirə edirik, rəssam kimi məsləhətlər verə bilirəm.

Digər tərəfdən, istək və ideya onun olmalıdır ki, məhz onun həyat tərzini əks etdirsin. 

R.M. İlk tatunu harada və necə vurdurmusan?

E.B. 20 il görmədiyim məktəb yoldaşımla İngiltərədə görüşüb, Mançesterə futbol matçına baxmağa getmişdim. Elə orada olanda qərar verdim və ilk tatumu onun məsləhəti ilə tatu salonunda etdirdm.

R.M. Bəs necə oldu ki, tatu ustası oldun?

E.B. Qisaca deyim, tatu ustası olmaq istəyim var idi və oldum da. Buna da məni tale gətirdi. İşdən çıxmışdım və işsiz idim. Facebook-da Moskvadakı salonlardan birinə tələbə qəbulunu gördüm, onlarla əlaqəyə girdim. Hesabladım ki, ora getməyə yetərli qədər pulum yoxdur. Ona görə yerli ustalarla maraqlandım və onlardan bir məşhuru ilə tanış oldum. Onunla söhbətdən sonra şagirdliyi qəbul edib, onun yanında işləməyə və sənəti öyrənməyə başladım. Təcrübə qazandıqdan sonra ayrılaraq öz salonumu yaratmağa qərar verdim. İlk salonumu icarəyə götürdüm. O kiçicik, 8 kvadrat metrlik otaq idi. İlk ayın icarəsini ödədim, çünki, qalan pula tatu aparatı və rənglər sifariş etmişdim. 

Digər tərəfdən, YouTube vasitəsi ilə çoxlu sayda videolara baxaraq biliklərimi genişləndirdim. Buna baxmayaraq, yenə də qorxum vardı ki, müştəri olmayacaq. Dostum, sevgilim və həyat yoldaşım Aliyə məni ruhladıraraq motivasiya etdi və hər şey alındı.

ДРУГИЕ СТАТЬИ

Откровенные разговоры

С Вагифом Микаиловым мы знакомы много лет. Его страница в Инстаграм быстро набирает фолловеров. Мы решили встретиться на крыше Boulevard Hotel Baku, чтобы в открытом пространстве поговорить о его целях, превратив нашу беседу в психотерапевтический сеанс.

Чего хотят женщины… от мужчин

С Нини мы познакомились на одном из бизнес-форумов, начали обсуждать мой статус про взаимоотношения между мужчинами и женщинами, который она прокомментировала. Она рассказала много интересных фактов, которые дали мне возможность найти ответы на мои вопросы. Год спустя мы наконец-то встретились с ней в Park Cafe, и за чашкой раф-кофе основательно побеседовали на тему “Чего хотят женщины”. В нашем обществе есть много проблем, о которых не принято говорить вслух. Но мы не только поговорили об этом, но и решили рассказать всем. Многие смогут воспользоваться этими знаниями и улучшить качество своей жизни и правильно строить отношения.

Психолог о социальных сетях

С Гюльнарой Акперовой  познакомились в фейсбук. Мое внимание привлекли ее страница и статусы. Весело побеседовали в чате, подружились. У нее прекрасное чувство юмора. Предложил продолжить реальное знакомство за завтраком. Мы подружились и обсуждали особенности общения в соцсетях. Спустя год, мы опять встретились и поговорили о наших социальных страницах и друзьях. Разговор получился интересным и Гюльнара, как профессиональный психолог, помогла мне понять некоторые моменты.