23,5 milyonluq fantastik yaxta - Adastra Trimaranı

Fantastik filmlərdə gördüyümüz futursitik görünüşə malik olan yaxtalara bənzəyən bu möhtəşəm trimaranı Honq-Konqdan olan 64 yaşlı milyarder Anto Mardenin sifarişi ilə Britaniyalı dizayner Con Şattlvort hazırlanmışdır. Yaxtanın yaradılmasına beş il vaxt sərf edilmişdir. Trimaranın korpusunun dizaynını və gəmi memarlığını Shuttleworth Design Ltd, struktur dizaynını isə Shuttleworth Design Ltd və Astra Ltd şirkətləri tərtib etmişdirlər. Yaxtanın interyerinin dizaynı Jepsen Design tərəfindən hazırlanmışdır. «Adastra» adını almış trimaranı Çində yerləşən McConghy Boats gəmiqayırma tərsanəsi tərəfindən inşa edilmişdir.

Adastra yaxtasının yaradılmasında yüksək texnologiyalardan geniş istifadə edilmişdir. Bu səbəbdən də yaxtanı adi idarəetmə orqanları ilə yanaşı, iPhone smartfonu və ya iPad planşeti vasitəsi ilə də idarə etmək mümkündür. Bunun üçün sadəcə gərək olan əlavəni mobil qadjetə yazmaq lazımdır.

Trimaranın uzunluğu 42,5 metr, eni - 16 metr, su tutumu isə 52 tondur. Adastra üçün trimaran formasının seçilməsində məqsəd açıq dənizdə dalğaları uğurlu şəkildə kəsilməsini təmin etməkdir.

Yaxtanın korpusunun hazırlanmasında kevlar və şüşədən istifadə edilmişdır. Adastra doqquz qonaq üçün və altı nəfərlik heyət üzvü üçün hər cür şərait yaradılmışdır.

Kayutalardan dənizə panorama görünüşü açılır. Açıq kokpitdə isə hər iki tərəfdə divanlar quraşdırılmışdır.

Bundan başqa, yaxtanın arxa hissəsindəki açıq göyərtədə meydança mövcuddur ki, lazım olarsa burada hovuz da təşkil etmək mümkündür.

Trimaranın idarə edilməsi üçün arxa göyərtə ilə salon meydançası arasında yerləşdirilmiş və korpusun üzərində yüksələn xüsusi iki yerlik kabinə mövcuddur.

Adastra trimaranı Caterpillar şirkətinin istehsalı etdiyi və 1150 at qüvvəsi gücü olan C18 mühərriki ilə hərəkətə gəlir. Bundan əlavə, yaxta autrigerlərin idarə edilməsi üçün iki ədəd 110 at qüvvəsinə malik olan Yanmar mühərrikləri ilə də təchiz edilmişdir. 

Yaxtanın maksimal sürəti 23,2 dəniz mili, kreyser sürəti isə 17 dəniz mili təşkil edir. Adastra yaxtasının benzin çənlərinin tutumu 30000 litr təşkil edir ki, bu da 17 dəniz mili sürətilə 4000 dəniz mili qət etməyə imkan verir. Beləliklə, yaxta Atlantik və Sakit okeanını rahatlıqla keçmək  iqtidarındadır. Misal üçün, Adastra Londondan Nyu-Yorka qədər olan məsafəni yanacaq doldurmadan qət edə bilər. Əgər sürəti 10,5 dəniz milinə endirsək, o zaman bu məsafə 10000 dəniz milinə qədər artırmaq olur. 20 tonluq yanacaq və su ehtiyatı ilə yüklənmiş yaxta 10,5 dəniz mili sürətilə hərəkət etdikdə bir saata 25 litr yanacaq sərf edir.

Adastra yaxtasının tam hazır olması onun sahibinə 23,5 milyon dollara başa gəlmişdir. Yaxta 2012-ci ilin aprel ayında suya buraxılmışdır.

ДРУГИЕ СТАТЬИ