Studio F.A.Porsche və Dynamiq tərsanəsi yeni superyaxta hazırlayıblar

Superyaxtaları ilə tanınan Dynamiq markası tikilməkdə olan 35-metrlik GTT 115 yaxtası barədə məlumat vermişdir. Tamamilə alüminiumdan hazırlanacaq yaxtanın bu ilin sentyabr ayında Viarecioda suya endirilməsi planlaşdırılır.

Qayığın kili keçən ilin avqust ayında, Monako kral ailəsinin üzvü Pyer Kaziragi və Monako yaxt-klubunun baş katibi Bernar d’Alessandrinin iştirakı ilə qoyulmuşdur. Bu tarixdən səkkiz ay sonra çəkilmiş şəkil tikilməkdə olan yaxtanın gövdəsinin və üst tikililərinin əsasən başa çatdığını göstərir. Hazırda yaxtanı texniki təchizat və xarici tərtibat işləri gözləyir.

Dynamiq GTT 115 yaxtasının dəniz arxitekturasını Hollandiyadan olan Vripack studiyası hazırlamışdır. Gəminin eksteryer və interyeri isə Studio F.A.Porsche studiyası hazırlamışdır. Qayıq RINA standartlarına tamamilə cavab verir. Bununla belə, GTT 115 qayığının interyeri və iç məkanının planlaşdırılması sirr olaraq saxlanılır.

GTT 115 gənc Dynamiq brendinin ikinci qayığıdır. Tərsanə tərəfində tikilən ilk yaxta 39 metrlik Jetsetter qayığı keçən ilki Monaco Yacht Show sərgisində təqdim edilmişdi. Tərsanə, sifarişçilərə arzuladıqları superyaxtanı onlayn konfiqurator vasitəsilə yaradaraq onun qiyməti və tikilmə müddəti barədə məlumat almağa imkan verən ilk gəmiqayırma müəssisəsidir.

ДРУГИЕ СТАТЬИ

Tuhura. Oceanco tərsanəsindən kanoe formalı yüksək texnologiyalı yaxta

Bu günlərdə diqqətimi maraqlı bir yaxta konsepsiyası cəlb etdi və sizləri bu konsepsiya ilə mütləq tanış etmək qərarına gəldim. Bu ilin 27 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai International Boat Show sərgisində təqdim edilən Tuhura qədim formaların altında gizlənmiş müasir texnologiyalara malik olan bir yaxtadır.

Studio F.A.Porsche və Dynamiq tərsanəsinin hazırladıqları yeni superyaxta suya endirildi

Bir müddət bundan öncə, superyaxtaları ilə tanınan Dynamiq markasının tikilməkdə olan 35-metrlik GTT 115 yaxtası barədə məlumat vermişdik. Tamamilə alüminiumdan hazırlanmış yaxta Viarecioda suya endirilibdir. Hazırda yaxta Monakoda nümayiş etdirilir.

23,5 milyonluq fantastik yaxta - Adastra Trimaranı

Fantastik filmlərdə gördüyümüz futursitik görünüşə malik olan yaxtalara bənzəyən bu möhtəşəm trimaranı Honq-Konqdan olan 64 yaşlı milyarder Anto Mardenin sifarişi ilə Britaniyalı dizayner Con Şattlvort hazırlanmışdır. Yaxtanın yaradılmasına beş il vaxt sərf edilmişdir. Trimaranın korpusunun dizaynını və gəmi memarlığını Shuttleworth Design Ltd, struktur dizaynını isə Shuttleworth Design Ltd və Astra Ltd şirkətləri tərtib etmişdirlər. Yaxtanın interyerinin dizaynı Jepsen Design tərəfindən hazırlanmışdır. «Adastra» adını almış trimaranı Çində yerləşən McConghy Boats gəmiqayırma tərsanəsi tərəfindən inşa edilmişdir.