Studio F.A.Porsche və Dynamiq tərsanəsinin hazırladıqları yeni superyaxta suya endirildi

Bir müddət bundan öncə, superyaxtaları ilə tanınan Dynamiq markasının tikilməkdə olan 35-metrlik GTT 115 yaxtası barədə məlumat vermişdik. Tamamilə alüminiumdan hazırlanmış yaxta Viarecioda suya endirilibdir. Hazırda yaxta Monakoda nümayiş etdirilir.

Qayığın kili keçən ilin avqust ayında, Monako kral ailəsinin üzvü Pyer Kaziragi və Monako yaxt-klubunun baş katibi Bernar d’Alessandrinin iştirakı ilə qoyulmuşdur. Dynamiq GTT 115 yaxtasının dəniz arxitekturasını Hollandiyadan olan Vripack studiyası hazırlamışdır. Gəminin eksteryer və interyeri isə Studio F.A.Porsche studiyası hazırlamışdır. Qayıq RINA standartlarına tamamilə cavab verir. GTT 115 yaxtası Man şirkətinin ümumi gücü 1627 at qüvvəsi olan iki V12 mühərriki ilə təchiz edilib. Yaxta 24 min ton yanacaq daşımaq qabiliyyətinə malikdir. Yaxtanın maksimal sürəti  21 dəniz mili (39 km/saat) təşkil edir. Eyni zamanda yaxta 3400 dəniz mili qət etmək imkana malikdir. Yaxtanın operatorları mühərrikləri söndürərək generatorlardan qidalanan elektomotorları da işə sala bilərlər. Elektrik ötürməsi ilə yaxta 6 dəniz mili (11 km/saat) sürəti ilə üzə bilər.

GTT 115 gənc Dynamiq brendinin ikinci qayığıdır. Superyaxtanın qiyməti 12,5 milyon avrodan başlanır. Tərsanə tərəfində tikilən ilk yaxta 39 metrlik Jetsetter qayığı keçən ilki Monaco Yacht Show sərgisində təqdim edilmişdi. Tərsanə, sifarişçilərə arzuladıqları superyaxtanı onlayn konfiqurator vasitəsilə yaradaraq onun qiyməti və tikilmə müddəti barədə məlumat almağa imkan verən ilk gəmiqayırma müəssisəsidir.

ДРУГИЕ СТАТЬИ