Tuhura. Oceanco tərsanəsindən kanoe formalı yüksək texnologiyalı yaxta

Bu günlərdə diqqətimi maraqlı bir yaxta konsepsiyası cəlb etdi və sizləri bu konsepsiya ilə mütləq tanış etmək qərarına gəldim. Bu ilin 27 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai International Boat Show sərgisində təqdim edilən Tuhura qədim formaların altında gizlənmiş müasir texnologiyalara malik olan bir yaxtadır.

Uzunluğu 115 metr olan Tuhura yaxtası Niderlandın Oceanco tərsanəsinin sifarişi ilə rusiyalı dizayner İqor Lobanov tərəfindən dizayn edilibdir.  Rus dizayner yaxtanın xarici görkəmini dizayn edərkən Poloneziya kanoe və Maoru qayıqlarının formasında ilham alıbdır. Yaxtanın interyerini dizaynına isə məşhur dizayneri Axill Salvani cavabdeh olub. 

BMT Nigel Gee dəniz arxitektorları yaxtanın hibrid güc qurğusunu hazırlayıblar. Əslində bu layihə Oceanco və Lobanovun birgə hazırladığı yeganə layihə deyildir. Dizayner niderland tərsanəsi üçün, çoxsaylı mükafatlara layiq görülən, 110-metrlik Jubilee superyaxtasının eksteryerini də yaradıbdır.

“Tuhura layihəsinin əsasında sadə ideya durur. Məqsəd, qayıq inşa edilməsinin başlanğıcına istifadə edilən  təbii formalara bənzər olan dizaynın yaradılması olubdur. Biz müasir texnologiyalardan istifadə edərək, kiçik həcmli kanoe formalarını daha iri miqyasa köçürmək qərarına gəldirk, - İqor Lobanov bildirib.  – Qayığın Tuhura adlandırılması da onun mahiyyətindən xəbər verir. Maori dilindən Tuhura “kəşf və tədqiq etmək” deməkdir”.

Qayığın əks forştevenə malik olan burunu və transomun əyri xəttləri Lobanovun 132-metrlik Star konseptindəki tətbiq etdiyi ideyanın davamını təşkil edir. Salvani tərəfindən yaradılmış interyer heç də qayığın eksteryerindən geridə qalmır. 

Sakit okean və Şərgi Asiya adalarının mədəniyyətindən ilham alan dizayner interyerin tərtibatında tutqun tik ağacından, tatami formasını xatırladan döşəmə örtüyündən və berenc haşiyələrdən istifadə edib.

“Tuhura dinamikaya üstünlük verən yaxta sahibi üçün nəzərdə tutulub. Buna baxmayaraq, zamanla məhdudlaşmayan rahatlıq hissi onun başlıca xrakteristikasıdır, - Salvani əlavə edib. – Bu xarakter yaxtanın salonunda tətbiq edilən sadə zəriflikdə və primitiv təbii formalarda duyulur”. Yaxtanın yuxarı salonu bu konsepsiyanın parlaq nümunəsidir. Tik ağacından hazırlanmış “stalaktit” və “stalaqmit”, rahatlığı ilə seçilən yemək otağını buxarısı olan mərkəzi hissədən ayırmağa xidmət edir.  

Belə avanqard formalara məxsus olan yaxta üçün BMT Nigel Gee arxitektorları ABB firmasının əks istiqamətdə fırlanan Azipod pərlərinə malik olan hibrid güc qurğusunu seçiblər.  Yaxtanın 18 dəniz mili sürətinə malik olacağı gözlənilir. 

BMT Nigel Gee dizayn studiyasının yaxta dizaynı üzrə direktoru Ceyms Roy, artıq yaxta üçün seçilmiş hibrid güc qurğunun kommersiya gəmiqayırması sahəsində öz effektivliyini sübut etdiyini bildirib.

LuxLab bort sistemi göyərtələrdəki vəziyyəti təhlil edərək musiqini və hava temperaturunu avtomatik olaraq tənzimləyəcəkdir. Bundan başqa, yaxtada panoram ekrana malik olan kino zalı, ön hissədə quraşdırılmış qamak və sandekdəki hovuz mövcuddur.

“Bu texniki cəhətdən çox mürəkkəb və həyacanverici bir layihədir, Oceanco tərsanəsinin direktoru Dirk De Yonq bildirib.  – O, bizim İqor Lobanovla yaratdığımız əvvəlki layihələrdən 180 dərəcə fərqlənir. Lakin, bu layihə Oceanco DNT-sinin 100 faizlik daşıyıcısıdır”.

Oceanco nümayəndələrinin iddiasına görə, Tuhura konsepsiyasını 80-120 metr arasında uzunluğa malik olan yaxtalar üçün adaptasiya etmək mümkündür.

ДРУГИЕ СТАТЬИ