Jaguar suda sürət rekorduna imza atıb

Jaguar şirkəti elektrik güc aqreqatı ilə təchiz edilmiş qayıqlar üçün suda sürət rekorduna imza atıb. Rekordun əks etdirildiyi videoçarx britaniya istehsalçısının YouTube kanalındakı səhifəsində dərc edilib.

Jaguar Vector Racing V20E adlı qayıq Williams Advanced Engineering şirkətinin iştirakı ilə yaradılıbdır. Sonuncu, Formula 1 çempionatında iştirak edən Williams komandası da daxil olan iri korporasiyanın tərkib hissəsidir. Qayığın konstruksiyasında Formula E çempionatındakı bolidlərdə tətbiq edilən texnologiyalardan istifadə olunubdur. Qayığın arxa hissəsində ümumi gücü 299 at qüvvəsi olan iki elektromotor yerləşdirilibdir. Qayığın çəkisi 320 kiloqramdır.

Rekordu qeydə almaq üçün, qayığa 20 dəqiqə ərzində əks istiqamətlərdə iki gediş etmək gərək idi. Sürət isə bir kilometrlik sahədə ölçülübmüş. Nəticədə Jaguar Vector 142,6 km/saat sürət göstərməyə nail olub. Bu onun 2008-ci ildə qeydə aldığı rekorddan 19 km/saat artıqdır.

Suda göstərilmiş mütləq rekord 511 km/saatdır. Bu rekord 1978-ci ildə göstərilmiş və bu günə qədər bu həddi keçən olmayıb.

ДРУГИЕ СТАТЬИ