Reklam - heyranlıq və nifrətin sərhədlərini müəyyən edən bir sənətdir. Bacarıqsızın əlində o, sizi əsəbləşdirən televiziya reklamı şəklini alır və kanalı dəyişdirməyə məcbur edir. Peşəkarlar isə, onları əsl şah əsərlərinə çevirirək, «Kann Şirləri» mükafatını əldə edirlər.

Rəqabətin son dərəcə yüksək olduğu avtomobil bazarında, "işləməyən" reklamın uğursuzluğu dəfələrlə baha başa gələ bilər. Potensial müştərilərin diqqətini cəlb etmək üçün dünya agentliklərinin verdiyi təkliflər maraqlı nəticələrə gətirib çıxarır.

Bu gün insanın əhval ruhiyyəsini yüksəldən ən maraqlı avtomobil bilbordlarını xatırlatmaq istəyirik. Üstəlik, onların əksəriyyəti yalnız məzəli deyil, həm də yaxşı yadda qalandırlar. Məhz bu, reklamı qiymətləndirmək üçün ən vacib meyarlardan biridir.

BMW şirkətinin ən məşhur plakatlarından biri ilə başlayaq. Bu plakatda bavariyalılar Ştutqartdan olan əzəli rəqibləri ilə məzələnmək fürsətini əldən verməyiblər. Güman edirəm ki, izahat gərək deyil.

Yenə də bavariyalılar. Görünür ki, bavariyalılar yaxşı yumor hissinə malikdirlər. Məsələn, bütün BMW avtomobillərinin standart olaraq avtomatik ötürmələr qutusu ilə təchiz edildiyini şirkət belə sadə və məzəli üslulla çatdırır.

Əksər hallarda marka və onun avtomobilləri nə qədər qeyri-adi olsalar, onların reklamı da o qədər yaradıcı olur. Məsələn, Smart markasını götürək. Fortwo modeli barədə həm videoçarxlarda, həm də plakatlarda ikiyerli modelin əsas üstünlüyü ən çox önə çəkilir - miniatür olması.

Konkret bu halda, almanlar avtomobilin kiçik uzunluğu və eninin (müvafiq olaraq 2,7 və 1,56 metr) həyatdakı ən gülünc vəziyyətlərdən çıxmağa necə kömək etdiyini göstəriblər.

Ən son nəsil Fortwo modelinin ən yaxın potensial rəqibi ilə belə bir müqayisəsi, sitikarın yığcamlığını daha mükəmməl nümayiş etdirir.

Mini şirkəti də, hetçbeklərini də olduqca çevik hesab edir. Guya, sıxlığı ilə seçilən meqapolislərdə manevr etmək onlar üçün elə də problem deyil.

Bir də britaniyalılar öz avtomobillərinin idman xarakterinə diqqəti yetirirlər. Əlbəttə ki, yumor hissi ilə.

Avtomobilinizin hər kəsdəki kimi olmaması, rəqiblər üzərində böyük bir üstünlük ola bilər.

Buna görə, Cube kompaktının ikinci nəslini asimmetrik arxa pəncərə və onun arxasında gizlənmiş dam dirəklərindən biri ilə buraxan Nissan, modeli cəsarətli şüarı olan plakatlar ilə təqdim edib: "Simmetriya - çirkinlikdir». Plakatda təsvir olunan insanların simmetrik üzləri bu ifadəni əks etdirirdi.

Koreyalılar, potensial alıcıların diqqətini 2010-ci ildə işıq üzü görmüş Kia Sportage krossoverinin üçüncü nəslinin üzərinə belə plakatlar sayəsində çəkiblər. Evdən bir addım kənarda duran avtomobilin qarşısında dik tramplinin olmasını anlamayanlar üçün Kia, yeni modelin ilk baxışdan görünə biləcəyindən daha çox sərgüzəştli olduğunu bildirib.

Bu reklamda isə hər şey gözəl görünür. Həm də, ən məşhur Fiat modelinin tanış silueti. Avtomobil, çoxsaylı öpüşlərdən qalmış dodaq boyası izlərindən  ibarətdir. Şüardakı mesaj: "Fiat 500 - 1957-ci ildən sevilən". Qısa, aydın və iddialı.

Dördüncü nəsil flaqman Grand Cherokee ofrouderini təqdim edən Jeep, bir sıra bilbordlar üçün tanınmış korporativ obrazı seçib - əfsanəvi Willis'in şaquli radiator barmaqlığı və onun kənarlarındakı cüt yumru fənəri.

Bu obrazı ön və arxa dəri oturacaqların qızıdırıldığını göstərmək üçün ev batareyası şəklində təsvir ediblər. Seyf avtomobilin müdafiə oldunduğunu təcəssüm edir. Ekvalayzer -19 dinamikli Harman Kardon Hi-Fi səs sisteminə işarədir.

1 may 2018-ci ildən ABŞ-da satılan bütün yeni avtomobillərdə mütləq olan arxa görüntü kamerasının Explorer krossoverində olmasını Ford belə şəkildə açıqlayır.Aydın və anlaşılan şəkildə.

Ştutqartlılar da, məsələn, hipermarketlərin dayanacaqlarında piyadaların vurulmasının qarşısını almalı olan parkinq yardımçısı barədə bənzər şəkildə məlumat verib: arxa bamperdəki sensorlar, avtomobilin sürücüsünün görmədiyi hər şey barədə xəbər verəcəkdir.

Sovet "klassikasının" 1970-ci illərin sonlarına aid məzəli reklamı. Burada, VAZ-2102 universalının Britaniyadakı potensial alıcılarına onun baqaj həcmi, begemotun boğazına bənzətmə şəklində təqdim olunur. Guya, onların hər ikisi hər şeyi uda bilərlər.

Land Rover şirkətində dördüncü nəsil Discovery modelin ofroud imkanları barədə belə bəyanatla çıxış ediblər: potensial alıcıları onunla birlikdə ənənəvi sərhədləri aşmağa çağırıblar. Məsələn, çox şaxtalı və qarlı bir yerə getmək.

Dördüncü nəsil Polo hetçbekinin reklamı. Bilbordun əsas mesajı - "kiçik, lakin davamlıdır". Buna görə çağırışa gələn polislər cinayətkarlarla atışmaq üçün Volkswagen modelinin arxasında gizləniblər.

Beşinci nəsil Golf GTI "qaynar" hetçbekinin reklamı olan bu plakatdada, almanlar yöndəmsiz iri kuzov dəstlərinin və  buraxılış sistemininiri diametrli çıxış borularının pərəstişkarları ilə məzələniblər. Volfsburqlular zarafatyana şəkildə belə insanlara stereotiplərdən imtina edərək, sürətli avtomobillərə olan baxışlarını yenidən nəzərdən keçirməyi təklif ediblər. Bir sözlə, 100 km/saata 6.9 saniyəyə sürətlənmək üçün böyük spoylerlərə ehtiyac yoxdur.

Göründüyü kimi, nənə tərəfindən qayğı ilə hörülmüş radiator barmaqlığından daha yaxşı heç nə çex avtomobillərinin ailəvi dəyərlərini nümayiş etdirə bilməz. Bravo, Skoda! 100% hədəfdəki audotoriya sənindir.

Yaponlar ikinci nəsil Mazda5 kompaktveni ilə çox qürur duyurdular. Xüsusilə də, arxa sərnişin qapıları ilə. Çünki onlar sürüşdürülən idilər, rəqiblər isə əsasən taybatay açılanlardan istifadə edirdilər. Mazda'nın qapı girişləri o qədər böyükdür ki, hətta onlardan istifadə edərək günəşlənə də bilərsiniz.

Çox güman ki, qarşımızdakı feyk reklamdır. Lakib bu, reklamın heç də məzəli olmadığına dəlalət etmir. Xəndəyə düşmüş BMW avtomobilin altındakı yazı belə deyir: «Sizdə quattro olmadıqda belə olur." Yaxınlıqdan isə, istehzalı şəkildə tamötürməli Audi keçir.

Və nəhayət - yavaş-yavaş bazarı tərk edən Mitsubishi Pajero haqqında bir bilbord.

Bəlkə də məşhur ofrouder ilə güclü heyvan arasındakı bənzətməni izah etməyin mənası yoxdur. Yalnız bir sual qalır: bütün Pajero ofrouderləri bu şəkildə istehsal edilirsə, zəhmli buynuz haradadır?