Klassik amerikan sportkarlarının replikalarının buraxılışı üzrə ixtisaslaşmış Superformance atelyesi Ford şirkətindən 2005-ci ilin Shelby GR-1 konseptinin əmtəə variantının buraxılışına icazə alıb.Benzin və elektrik güc aqreqatları ilə təchiz ediləcək sportkarın inşası üçün Shelby American firmasını cəlb ediləcəkdir.

Superformance model xəttinin genişləndirilməsi barədə məlumatı, Petersen adına avtomobil muzeyində keçirilən illik Shelby Tribute tədbirində firmanın rəhbəri Lens Stander verib.Bu modelin buraxılması üçün Ford ilə aparılan danışıqlar altı il davam edib. Shelby American şirkətinin vtse-prezidenti Vinsa LaVioletta sportkarın çox yeyin olacağını bildirib. O, məqsədlərinin 60 mil/saat həddini iki saniyəyə toplamaq olduğunu da qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi seriyadan olan ilk 200 avtomobil tamamilə alüminiumdan ibarət kuzova malik olacaqdır. Müştərilər rənglənmiş və ya, cilalanmış variantdan birini seçə bilərlər. Sonradan kuzovu karbonla örtülmüş halda sifariş etmək mümkün olacaqdır.. Avtomobil haqqında ətraflı texniki məlumat verilməyib. Shelby GR-1 sportkarı iki ildən sonra debüt etməlidir.

2005-ci ildə Detroytda debüt etmiş Shelby GR-1 konsepti Shelby Daytona modelinin müasir variant kimi səciyyələndirilirdi. Kupe 613 at qüvvəsi və 679 Nm fırlanma anı hasil edən 6,4-litrlik V10 mühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdi. 100 km/saat həddinə konsept dörd saniyəyə sürətlənir və 322 km/saat maksimal sürət həddinə malik idi.