Rolls-Royce avtomobilləri eksklüsivdir. Amma vaxtaşırı, istehsalçı avtomobillərinin daha da dəbdəbəli və xüsusi versiyalarını təqdim edir. 30 yanvar tarixində Bakıda Rolls-Royce Bakı tərəfindən Cullinan modelinin ən cəsarətli versiyası olan “Black Badge” təqdim etdi.

Media üzvləri və influenserləri bir araya toplayaraq şəhərin ən dəbdəbəli məkanında təşkil olunan təqdimat çox gözəl şəraitdə ərsəyə gəldi. Rolls Royce şirkətinin Avropa (Şərq) və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann avtomobili təqdim edərək, Rolls-Royce Motor Cars Baku-nun satış rekordlarına imza atdığını qeyd etdi. 

Cənab Frank Tiemann çıxışında "Əmin olun ki, bizim məqsədimiz satış həcmi deyil, bizim üçün vacib olan avtomobil dünyasında dəyərli olmamızdır ki, müştərilərimizin bizim üçün özəl olmaları hissi heç zaman itməsin”. O, həmçinin qeyd etdi ki, bir ilin əvvəlində “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 Rolls-Royce dilerini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilmişdir.

Rolls Royce şirkətinin Avropa və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann

"Improtex Motors" şirkətinin Baş Direktoru Bayram Yaqubov təqdimat zamanı çıxış edərək bunları bildirib: "Dünyanın ən dəbdəbəli SUV-u olan Cullinan Azərbaycanda son dərəcə yaxşı qəbul edilib. Bu gün Cullinan Black Badge təqdim edilir. Rolls-Royce Black Badge – lüks həyat tərzi yaşayan müştərilərin ambisiyalarını və istəklərini əks etdirir. Cullinan Black Badge sahiblərinə Rolls-Royce'un məhşur məhvumu - “Uçan Xalça” gəzintisini təklif edir”.

"Improtex Motors" şirkətinin Baş Direktoru Bayram Yaqubov

Rolls-Royce şirkəti Cullinan Black Badge üçün xüsusi kuzov rəngi hazırlayıb. Black Badge xüsusi qara rəngdə təklif edilir. Bu rəngin əldə edilməsi avtomobil sənayesindəki ən mürəkkəb proseslərdən biridir. Onun ideal olması üçün 10 mərhələdə cilalanır. Bundan başqa Cullinan dəbdə olan “qaranlıq” elementləri ilə seçilir. Xromlanmış "Vəcdin ruhu" heykəlciyi qara və parlaq rəng ilə örtülmüşdür, "RR" nişanı isə qara fonda gümüşü hazırlanmışdır. Radiator barmaqlığı, baqaj qapısının dəstəyi, ön bamperdəki hava girişləri və işlənmiş qaz boruları qara xrom ilə örtülmüşdür. Eyni üslubda hazırlanan 22-düymlük yüngül lehmli disklər və qırmızı əyləc supportları xarici görünüşü daha da dəbdədəli və ekskluziv edir. 

Image alt Image alt Image alt

“Black Badge”in interyeri eksteryeri kimi fərqlidir. Salonda ilk diqqəti çəkən diametrik naxışlı karbon dekorativ panellərdir. Bu panellər 6 qat lak ilə örtülür, sonra isə güzgü parlaqlığına kimi  əl ilə cilalanır. Xüsusi “Forge Yellow” rəngli dəri ilə örtülən salon və arxa oturacaqlarda naxışla işlənmiş sonsuzluq işarəsi da diqqətdən yayınmır. Bu işarə şirkət tərəfindən müştərilərinə avtomobilin sonsuz imkanlara malik olmasının xatırladır. Krossoverin tavanı qara dəri ilə örtülüb və “ulduz yağışı” effektini təmin edən 1.344 fiber optik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilib. 

Image alt Image alt

Cullinan Black Badge dinamikası ilə də fərqlənir. Kapotun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşdrilmişdir. Mühərrikin gücü 571 a.q.-dən 600 a.q.-nə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb. 

Xatırladaq ki, Rolls Royce Motor Cars şirkətini Azərbaycanda “İmpotex Motors” təqdim edir. Rolls Royce Motor Cars Baku-nun sərgi salon Bakının mərkəzində yerləşir.