“Qaynar” Abarth 695 hetçbeki Collectors’ Edition seriyasının tərkib hissəsi olacaq Esseesse adlı yeni versiyaya sahib olub. Üçqapılı hetçbekin tirajı 1390 nüsxə ilə məhdudlaşacaqdır: hetçbklərin yarısı qara Scorpion Black, digəri yarısı isə boz Campovolo Grey rənginə ilə boyanacaqlar. Məhdud saylı seriya min nüsxədə istehsal olunmuş eyni adlı tarixi modeldən ilham alınaraq yaradılmışdır.

Abarth bölməsində 695 Esseesse hetçbekini 595 Competizione modeli ilə qarşılaşdırırlar, lakin “qaynar” hetçbekin təsvrindən göründüyü kimi, o 2019-cu ilin 695 70 ° Anniversario versiyasını qismən təkrarlayır.

Məsələn, burada da 0 ilə 60 dərəcə arasında meyl bucaqları olan 12 mövqe seçimini təklif edən mexaniki tənzimlənməli spoyler var. Maksimal şaquli vəziyyətdə quraşdırılmış spoyler 200 km/saat həddində arxa oxu 42 kiloqramlıq yerəbasma gücü ilə təmin edir.

Abarth 695 Esseesse hetçbeki iki çıxıntılı yeni kapotu alıb. Detal alüminiumdan hazırlanıb və onun çəkisi adi kapotdan 25% azdır. Akrapovič buraxılış sistemi və digər çəkinin azaldılması tədbirləri sayəsində, yeni hetçbek 595 Competizione ilə müqayisədə 10 kiloqram daha yüngül olub.

Zahiri cəhətdən 695 Esseesse modelini yan tərəfdəki ağ zolaqları və eyni rəngdə güzgü korpusları, habelə qırmızı qapaqları olan ağ rəngli 17-düymlük təkər diskləri və dördporşenli qırmızı rəngli Brembo supportları sayəsində tanımaq olar.

Salonda kuzov rəngində “one of 695” basmanaxışı və seçilən tikişləri olan Sabelt yarış oturacaqlarını, qırmızı təhlükəsizlik kəmərlərini, süni zamşa ilə örtülmüş ön paneli və karbon dekoru görmək olar.

Kapotun altında 180 at qüvvəli və 250 Nm fırlanma anı hasil edən 1,4-litrlik T-jetli turbomühərriki yerləşir. Güc aqreqatını mexaniki ötürmələr qutusu və ya “robot” təchiz etmək olar. Hetçbek Koni FSD amortizatorları ilə təchiz olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Qaynar” Abarth 695 Esseesse hetçbeki 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənir. Maksimal sürət 255 km/saatdır. 400 metrlik məsafəni “qaynar” hetçbek 15,1 saniyəyə qət edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.