Fiat şirkəti Cenevrə avtosalonunda 124 Spider Abarth modelinin xüsusi GT variantını təqdim edib. Xüsusi modelin əsas elementlərindən biri karbondan hazırlanmış və 16 kiloqram çəkiyə malik olan çıxarılan damdır.

Fiat şirkətindən karbondan hazırlanmış damın bu markanın avtomobillərində ilk dəfə tətbiq istifadə edildiyi bildirilib. Tavan qızdırılan şüşəyə və əlavə səs izolyasiyasına malikdir. Adi Fiat 124 Spider modeli yumşaq tavanla təchiz edilir.

Karbon tavanla yanaşı Abarth 124 GT modeli kuzovun eksklyuziv rəngini və 17-düymlük OZ firmasının təkər disklərini əldə edib. Bu disklər standart təkər disklərindən üç kiloqram yüngüldürlər. Opsional olaraq, karbondan hazırlanmış arxa antiqanadı da sifariş etmək olar.

Abarth 124 Spider 170 at qüvvəli 1,4-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gəlir. 100 km/saat həddini spayder 6,8 saniyəyə toplayır. Onun maksimal sürəti 240 km/saatdır. Abarth 124 Gt modelinin Avropadakı satışlarına ilin sonunda başlanacaqdır.