Kemptendə yerləşən ABT Sportsline atelyesi yenilənmiş Audi SQ7 krossoveri üçün tüninq proqramını hazırlayıb. Alman tüner krossoverin dizel mühərrikini xüsusi idarəetmə bloku ilə təchiz edib.

Nəticədə, mühərrikin gücü 435 at qüvvəsindən 510 at qüvvəsinə qədər artırılıbdır. Üstəlik, mühərrikin fırlanma anı da 900 Nm-dən 970 Nm-ə qədər yüksəlibdir. Təəssüflər olsun ki, ABT avtomobilin artmış gücünün dinamikaya necə təsir etdiyi barədə məlumat verməyib.

Image alt Image alt Image alt Image alt

Mühərrikin gücünün artırılması ilə yanaşı, alman tüner Audi SQ7 modelini ABT Sound Control buraxılış sistemi ilə təchiz edib. Sonuncu sistem səsboğucunun səsini tənzimləmək imkanına malikdir. Əlbəttə ki, bütün bu dəyişikliklərlə yanaşı krossover ABT məhsulu olan təkər disklərinə də sahib olub.

Sport GR adlı təkər diskləri parlaq və ya tutqun qara rəngdə, HR Aero - boz, HR-F isə gümüşü rəngdə təklif edilirlər. Bundan başqa, krossoveri tərkibinə yeni bamperlər, kandar əlavələri və təkər tağlarının genişləndiriciləri daxil olan aerodinamik kuzov dəsti ilə də təchiz etmək olar. İnteryerdə işıqlandırılan ABT loqotipi olan mühərriki işə salma düyməsi quraşdırılır.