Deyə bilərsiniz ən güclü mühərrikə malik olan Audi hansıdır? R8? Səhviniz var. Audi R8 Plus sportkarını Audi şirkətinin ABT Sportsline tüninq atelyesi ilə birlikdə hazırladığı RS6 Performance Nogaro Edition universalının tozuna belə çata bilməz. Məlumdur ki, 150 nüsxəlik tirajla buraxılmış “bərkgedən” universal 605 at qüvvəli mühərriklə təchiz edilir.

Kemptendən olan tüner isə, bu gücün kifayət qədər olmadığını hesab edərək “bərkgedən” universalı təkmilləşdirmək qərarına gəlib. Mütəxəssislərin müdaxiləsindən sonra 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin gücü 735 at qüvvəsinə, fırlanma anı isə 920 Nm-ə qədər artıb. Audi RS6+ Avant Nogaro Edition adını almış avtomobildən iki ədəd buraxılacaqdır. Bu universalların hər biri göy rəngə boyanır, karbondan hazırlanmış aqressiv formalı aerodinamik kuzov dəsti və 22-düymlük təkər diskləri ilə təchiz edilir.

Yerindən 100 km/saat həddinə “bərkgedən” universal 3,2 saniyəyə sürətlənir ki, bu da ona Audi R8 Plus Performance kupesi ilə dreq məsafəsində yarışmaq imkanı verir . Universalın maksimal sürəti 320 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt