Audi avtomobillərinin tüninqi ilə məşhur olan ABT Sportsline şirkəti Cenevrə avtosalonunda güclü iştirakı ilə seçilir. Bu dəfə də alman tüner İsveçrənin sərgilər şəhərinə əliboş gəlməyəcək. Kempten təmsilçisi A6 modelini dizel mühərrikli «bərkgedən» universala çevirmək fikrinə düşüb və bunu həyata da keçirib.

Tüner hazırda «qaynar» modifikasiyası olmayan A6 Avant modelini götürərək dizel mühərrikli S6 Avant modelinin necə ola biləcəyini nümayiş etdib. İlk növbədə A6 50 TDI modelinin 286 at qüvvəsi (620 Nm) hasil edən 3,0-litrlik dizel mühərrikinin gücü 330 at qüvvəsinə (670 Nm) qədər artırılıb. Artımın az olmasına baxmayaraq 100 km/saat həddinə sürətlənmənin zamanı 0,2 saniyə azalaraq 5,5 saniyəyə bərabər olub. 

ABT mütəxəssisləri A6 55 TFSI modelinin 340 at qüvvəli (500 Nm) benzin mühərrikinə də əl gəzdiriblər - indi 3,0-litrlik altısilindrli aqreqat 425 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, Audi şirkəti yaxın zamanlarda yeni S6 modelini təqdim etməlidir. Çox güman ki, «qaynar» sedan və universallar 480 at qüvvəsi təklif edən 2,9-litrlik Porsche mühərrikinə sahib olacaqdırlar.

Ənənəvi olaraq, ABT bir neçə elementlər istisna olmaqla salon tərtibatına toxunmur. Əlbəttə ki. tüner ABT markasının tanınan elementlərindən olan 21-düymlük təkər disklərini də quraşdırmağı unutmayıb.

Image alt Image alt Image alt Image alt Image alt