Acura şirkəti dörd il bundan öncə, xüsusi olaraq Çin bazarı üçün hazırladığı CDX krossoverini təqdim etmişdi. İndi isə, istehsalçı krossoverin planlaşdırılmış yenilənməsini həyata keçirib. Honda HR-V modelinin bazasında inşa edilmiş krossover 182 at qüvvəsi və 240 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik və ya ümumi hasilatı 215 at qüvvəsi olan i-MMD hibrid güc qurğusu ilə təchiz edilir.

Yenilənmiş Acura CDX modeli “dişləri” peyda olmuş ön bamperi, daxili dekoru, 8,0-düymlük displeyi olan təkmilləşdirilmiş mediasistemi və təchizatı ilə fərqlənir. Eyni zamanda, krossover Amerika bazarında satılan “qardaşları” kimi A-Spec idman modifikasiyasına sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Acura CDX A-Spec modeli adi krossoverdən qara rəngli eksteryer tərtibatı, 18-düymlük təkər diskləri, səsboğucu  sistemin daha iri çıxış boruları və başqa formalı bamperləri ilə seçilir. Texniki cəhətdən fərq yoxdur.

A-Spec modifikasiyası daha gənc auditoriyanı yapon markasının cərgələrinə cəlb etmək və satışları canlandırmaq üçün nəzərdə tutulmuşdur. Modelin ən uğurlu satışları 2017-ci ildə qeydə alınıb – 14111 ədəd.   Keçən il isə, Acura CDX modeli 6,773 nüsxədə satılıb.