Acura şirkəti yenilənmiş ILX sedanını təqdim edib. Yenilənmiş sedan dəyişdirilmiş eksteryerə, genişləndirilmiş avadanlıq siyahısına və daha həssas olan multimedia sisteminə sahib olub. Yenilənmiş Acura ILX sedanı oktyabr ayından başlayaraq ABŞ bazarında satılacaqdır.

Zahiri cəhətdən yenilənmiş sedan iri beş bucaqlı radiator barmaqlığı, ölçüsü böyüdülmüş loqotipi, yeddi elementi olan Acura Jewel Eye işıqdiodlarından optika və yeni kapot ilə seçilir. Arxa tərəfdə də dəyişikliklər vardır: baqaj qapağının, fənərlərin və diffuzorun forması yenilənibdir.

Avtomobilin salonunda bel dəstəyinin tənzimlənməsinə malik olan yeni profilli oturacaqlar, gümüşü rəngli dekor elementləri və yeni formalı mühərrikin işə salınması düyməsi quraşdırılıbdır. Acura ILX sedanının standart təchizatına AcuraWatch təhlükəsizlik kompleksi daxil edilibdir. Bu kompleksin tərkibinə öndən toqquşmaları xəbərdar edən sistem, adaptiv kruiz-kontrol, zolaqda saxlama funksiyası daxildir.

Sedanın güc aqreqatı dəyişilməz qalıb. Acura ILX modeli əvvəlki kimi 204 at qüvvəsi hasil edən 2,4-litrlik atmosfer mühərriki və səkkiz diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt