Acura makası yeni dördüncü nəsil MDX krossoverini təqdim edib. Yeni krossover yapon markasının flaqmanı və “markanın tarixindəki ən dəbdəbəli, texnoloji və temperamentli krossoveri” olacaqdır.

Yeni nəsil Acura MDX modeli sələfinə nisbətən daha iri olub: onun uzunluğu 71 millimetr (5054 millimetr), eni isə 35 millimetr (1996 millimetr) artıb. Oxlar arasındakı məsafə 76 millimetr artaraq 2896 millimetrə çatıb. Krossover, Acura markasının son korporativ dizayn üslubuna uyğun olaraq beşbucaqlı radiator barmaqlığına və dörd hissədən ibarət olan JewelEye LED fənərlərinə sahib olub. Ön bamper də dəyişib: bamperdə yan hava girişləri və onların altında yerləşdirilmiş duman əleyhinə fənərlər peyda olub.

Tarixində ilk dəfə olaraq, Acura MDX modeli iki köndələn qolları olan ön və çoxqollu arxa asqı ilə təchiz edilir.

İlk mərhələdə yeni MDX modelini 294 at qüvvəsi hasil edən 3.5-litrlik V6 mühərriki ilə təklif edəcəklər. Daha sonra, modelin mühərrik çeşidinə 360 at qüvvəsi və 480 Nm fırlanma anına malik olan birbaşa püskürtməli 3.0-litrlik V6 turbomühərriki daxil ediləcəkdir. Hər iki mühərrik on pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Ötürmə - ön ötürmə və ya dördüncü nəsil Super Handling All-Wheel Drive (SH-AWD) tam ötürməsi ola bilər.

Tam ötürməli transmissiya, əvvəlki kimi, fırlanma anının 70 faizini arxa oxa ötürür ki, eyni zamanda, fırlanma anı tamamilə arxa təkərlərdən birinə yönəldilə bilər. Bununla birlikdə, muftaların hidrolik aktuatorları və yüksəldici hipoid ötürmə ilə təchiz olunmuş yeni SH-AWD qurğusu arxa təkərlərin ön təkərlə nisbətən əvvəlcədən təyin edilmiş “sürətlənməsinə” malikdir - əvvəlki 2,7 faizi əvəzləmiş 2,9 faizlik nisbət sistemin səmərəliliyini Artırılmasına xidmət edir. Bundan əlavə, MDX-nin arxa oxu 40% daha çox fırlanma anını “həzm edir”, habelə anın ön və arxa oxlar arasındakı yerdəyişməsi 30% daha yeyin həyata keçirilir.

İnteryerdə də dəyişikliklər baş verib: salonda TLX və ya RDX üçün əlçatan olmayan 12,3-düymlük Acura Precision Cockpit rəqəmsal cihazlar paneli və multimedia sisteminin eyni ölçülü ekranı (funksiyalar mərkəzi konsoldakı taçpaddan idarə oluna bilər), habelə 10,5 düymlük proyeksiya ekranı quraşdırılır. İnteyerin tərrtibatında metal hopdurulmuş açıq məsaməli ağacdan, cilalanmış alüminium və Milano dərisindən istifadə olunur.

Yeni MDX modeli 25 dinamikli (altı ədəd karbondan hazırlanmış konus şəkilli subvufer da daxil olmaqla) 1000 vatlıq ELS Studio 3D Signature Edition səs sisteminə, habelə məşhur yollar və yarış treklərinin adını daşıyan 27 rəng sxemi olan Iconic Drive ətraf işıqlandırmasına malikdir. Daha sadə təchizat səviyyələri yeddi dinamikli səs sistemi ilə təchiz olunurlar. Bundan başqa, krossoverin avadanlıq siyahısına 21-düymlük təkər diskləri və fil sümüyü rəngində dördporşenli supportları olan Brembo əyləcləri ilə daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Acura MDX modelinin baza versiyası 46.9 min dollara başa gələcəkdir. Modelin istehsalı Ohayodakı zavoda təşkil edilib, mühərriklərin yığılması isə NSX üçün hibrid elektrik güc qurğularının istehsal edildiyi Anna müəssisəsində yerləşdirilib. Satışlara 2021-ci ilin əvvəlində start veriləcəkdir. 3.0-litrlik V6 mühərriki ilə təchiz edilmiş Acura MDX Type S krossoveri gələn ilin ikinci yarısında diler salonlarında nümayiş olunacaqdır.