Acura şirkəti Kaliforniyada keçiriləcək Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində seriya istehsalına hazır olan “bərkgedən” sedanın prototipini nümayiş etdirəcəkdir. Bundan başqa, premium markanın model xəttinə ZDX krossoveri qayıdacaqdır.

Yeni sedanın dizaynı 2016-cı ildə nümayiş etdirilmiş Precision konsepti ilə bənzərlik daşıyacaqdır. Acura həmin konsept vasitəsi ilə Precision Crafted Performance firma üslubunu nümayiş etdirib. Sonradan, 2018-ci ildə bu üslub Acura RDX seriya krossoverində tətbiq edilib. Böyük ehtimalla, yeni modelin buraxılması ilə bərabər, Legend adı da model xəttinə geri qaytarılsın. Lakin, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

Image alt Image alt Image alt Image alt

Yeni “bərkgedən” sedanla yanaşı,  bu ilin sonunda və ya gələn ilin əvvəlində Acura TLX və MDX modellərinin yeni nəslini də nümayiş etdirəcəkdir. İlkin məlumata görə, Acura TLX sedanı altı silindrli tvin-turbo mühərriki olan Type S modifikasiyasına sahib olacaqdır. Marka rəhbərliyinin 2013-cü ildə istehsalına son verilmiş ZDX kross-kupesinin də model cərgəsinə qaytarılması məsələsinə baxılır.