Acura şirkəti növbəti nəsil RDX krossoverinin prototipinin tizerini dərc edib. Prototipin kütləvi təqdimat mərasimi gələn ilin ortasında işinə başlayacaq Detroyt avtosalonunda keçiriləcəkdir.

Gələcək krossover tamamilə Amerika Birləşmiş Ştatlarında hazırlanacaqdır. Yapon istehsalçısı yeni nəsil RDX modelinin hazırlanmasını krossoverin son on ildə başına gələn ən iri modernləşdirilmə olduğunu bildirib. 

Krossover yalnız Acura modelləri üçün nəzərdə tutulan yeni platformada inşa ediləcəkdir. Yeni model 2016-cı ildə nümayiş etdirilmiş Precision konseptinin dizayn üslubunda hazırlanmış görkəmə sahib olacaqdır. Artıq Acura RLX bayraqdar modeli, MDX krossoveri və TLX sedanı yeni üslubda görkəmə malik olublar.

Krossoverin interyeri də tamamilə yenilənəcəkdir. İnteryerin tərtibat üslubu yaponlar tərəfindən Acura Precision Cockpit konseptində nümayiş etdirilmişdi. Yeni model virtual cihazlar panelinə, proqram təminatı tamamilə yenilənmiş multimedia sisteminə və mərkəzi tonneldə quraşdırılan taçpada sahib olacaq.