Avropalı nəhəng təyyarə istehsalçısı 2020-ci ildə 1 maya qədər 365 ədəd (299-u nəğd, 66-sı opsiyon) sifariş almışdı. Yeni sifariş almadıqları geridə qoyduğumuz ay ərzində sevindirici tərəf o olub ki, heç bir şirkət əvvəlki sifarişlərdən imtina etməyib.

Airbus may ayında 24 ədəd təyyarə təslim edib ki, bunlardan ikisi A220-300 (Air Canada), 18-i A320neo, 4-ü isə A350 XWB (həm A350-900, həm də A350-1000) modelidir. Beləliklə, şirkət yaranan gündən bəri 20 407 sifariş qəbul edib ki, bunlardan 15 572 ədədi A320 ailəsinə aid təyyarələr, 1819-u A330, 930-u A350 XWB, 642-si A220,251-i isə A380 tipli təyyarədir.

Yerdə qalan sifarişlər isə artıq istehsalı dayanan və çoxdan təhvil verilən digər modellərə aiddir. Hazırda şirkət Boeing-in əksinə, yüksək sifariş rəqəminə malikdir və istehsal etməli olduğu çox təyyarə var. 31 may tarixinə bu rəqəm 7621-dir ki, bunun da 6199 ədədini A320 ailəsi (6139-u A320neo ailəsi), 564-nü A350 XWB, 527-ni A220, 322-ni A330 (287-si A330neo) və 9-nu A380 təşkil edir.