Çində 33 saniyə ərzində 350 ədəd Alfa Romeo Giulia avtomobili satılıb. Satışlar, Alibaba xidmətinə məxsus olan Tmall onlayn-meydançasında «Tmall Super Brand Day» tədbiri çərçivəsində həyata keçirilmişdir.

Satılmış Giulia modellərinin əksər hissəsi (290 ədəd) 2,0-litrlik turbomühərriklə təchiz edilmiş xüsusi Milano modifikasiyasında olmuşdurlar. Bu avtomobillər 433,8 min yuana (62,9 min ABŞ dolları) satılmışdırlar. Qalan 60 avtomobil isə, 510 at qüvvəli Giulia Quadrifiglio Verde bərkgedən modifikasiyasında olmuşdurlar. Onların dəyəri 1028000 yuan (149 min dollar) təşkil etmişdir.

Bundan başqa, Fiat Chrysler Automobiles ittifaqında daxil olan digər bir marka - Maserati, - keçən ilin mart ayında Tmall xidmətində öz mağazasını açmışdır. O zaman italyan şirkəti 18 saniyə ərzində 100 Levante krossoverini 999,8 min yuana (146 min dollara) satmağa müvəffəq olmuşdur.

Ümumilikdə, 2016-cı ildə 30 avtomobil brendi öz avtomobillərini Tmall xidməti vasitəsi ilə satmışdır. Maserati şirkətindən başqa, onların arasında Audi, Mercedes-Benz və Volvo şirkətləri də vardır. 11 noyabr tarixində satıb-qurtarma elan edildikdən sonra internet vasitəsi ilə 100 min avtomobil satılmışdır.