Alfa Romeo şirkəti özünün yeni avtomobilini bizə nümayiş etdirməyi çox istəyir, lakin Tonale modelinin üzərindəki sirr pərdəsinin götürülməsinə bir həftədən az vaxt qalır. Yeni yığcam Alfa Romeo Tonale krossoveri 8 fevral tarixində təqdim ediləcəkdir. Hələlik isə, italyan istehsalçısı bizi yeni tizerlərlə ruhlandırmağa çalışır. Bu dəfə dərc olunmuş videotizerdə diqqət yeni krossoverin eksteryerinə yönəldilib.

Facebook sosial şəbəkəsində dərc edilmiş videçarxda radiator barmaqlığının üçölçülü  naxışı, habelə Giulia və Stelvio modellərindəkindən forması ilə fərqlənən yeni Alfa Scudetto “qalxanı” nümayiş etdrilir. Xatırladaq ki, əvvəlki videoda yeni avtomobilin interyer detalları göstərilmişdi.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.