Almaniyada elektrikləşdirilmiş yük avtomobillərinin hərəkət zamanı qidalanması üçün toxunma şəbəkəsi olan yol yaradılacaqdır. Qeyri-adi yol hissəsinin yaradılması Siemens şirkətinə həvalə edilibdir.

Xatırladaq ki, məşhur alman şirkəti 2012-ci ildən başlayaraq eHighway layihəsi üzərində çalışır. Siemens şirkətinin irəli sürdüyü ideyanın mahiyyəti trolleybusların asma toxunuş şəbəkəsinə bənzər şəbəkədən istifadə edilməsidir. Hibrid və ya elektrik mühərrikinə malik olan yük avtomobilləri xüsusi qalxan avadanlıqla təchiz edilərək bu şəbəkədən istifadə edəcəkdirlər. Belə yolların sınağı artıq İsveçdə həyata keçirirçir.

eHighway sistemi 2014-cü ildə Amerika Birləşmiş Ştatlarında da yaradılmışdır. Siemens və Hessen hakimiyyəti arasındakı razılaşmaya əsasən, Almaniyadakı avtobanda 10 kilometrlik şəbəkə yaradılacaqdır. eHighway Almaniyada 2018-ci ildən başlayaraq işləyəcəkdir. İlkin olaraq, layihənin qarşısında yükdaşımalarına təsir göstərmək məsləsi dayanmır. Pilot proqramının u]urla başa çatması halında layihə inkişaf etdiriləcəkdir.