North American Car and Truck of the Year müsabiqəsinin münsiflər heyəti qısa siyahıya daxil olan modellərin adlarını açıqlayıb. Əsas mükafat uğrunda üç asiya avtomobili - Genesis G80, Hyundai Elantra və Nissan Sentra mübarizə aparacaqlar. Bu modellər yüksək xalları toplamağa müvəffəq olublar.

"Şimali Amerikanın ən yaxşı utilitar avtomobili" nominasiyasında mübarizə Ford Mustang Mach-E, Genesis GV80 və Land Rover Defender modelləri arasında gedəcəkdir. İlin ən yaxşı yük avtomobili adı uğrunda isə, yalnız amerikan modelləri - Ford F-150, Jeep Gladiator Mojave və Ram 1500 TRX pikapları yarışacaqdırlar. Qaliblər avtomobil jurnalistlərindən ibarət olan münsiflər heyəti tərəfindən seçiləcəklər. Yarışmanın nəticələri 2021-ci ilin əvvəlində elan ediləcək və 11 yanvar tarixində açıqlanacaqdır.

Keçən il Şimali Amerikanın ən yaxşı avtomobili Corvette Stingray C8 seçilib, Kia Telluride isə utilitar modellərin arasında qalib olub. Yük avtomobilləri arasında isə ən çox xal qazanan isə Jeep Gladiator pikapı olub.

2020-ci ilin aprelində World Car of the Year 2020 müsabiqəsinin qalibi elan edilib: qalib Kia Telluride krossoveri olub. Koreya krossoveri iki Mazda modeli - CX-30 və Mazda3 ilə rəqabət aparıb.