Amerikan hərbi qüvvələrinin veteranlarına məxsus olan Black Rifle Coffee Company qəhvə şirkəti dünyanın ən "təhlükəli" Toyota Prius modelini rəqdim edib. Hibrid fırlanan lülə bloku olan 20-millimetrlik altılüləli M61 Vulcan aviasiya topuna sahib olub.

Xatırladaq ki, bu sayaq sürətli toplar F16, F18 və F22 qırıcı təyyarələrində quraşdırılır. Avtomatik top bir dəqiqədə 6600 güllə atmaq qabiliyyətinə malikdir. Hər bir patronun qiymətinin 27 dollar olduğunu nəzərə alaraq, bir dəqiqəlik atışın dəyərinin 180 min dollar olduğunu bildirməliyik. Beləliklə, dayanmadan atış zamanı M61 Vulcan topu saniyədə 2970 dollar xərcləyir.

Toplu Toyota Prius hibridinin hazırlanmasına 160 saat vaxt sərf edilib. Avtomobil topu bərkitmək üçün iri metal karkasa sahib olub. M61 Vulcan topunun hidravlik ötürməsi elektrik ötürməsi ilə əvəz olunub. Məlum məsələdir ki, topu avtomobilin damında quraşdırıblar.