Bu günlərdə İspaniyanın «Motor» dərgisi maraqlı bir avtomobilin şəkillərini dərc edib. Şəkillərdəki avtomobilin birinci nəsil Renault Duster modelinə bənzədiyi görünür. Lakin, şəkildəki krossover bu model üçün qeyri-adi proporsiyalara malikdir. İri mərkəzi dayaq, arxa qapıların olmaması, geniş təkər tağları və böyüdülmüş təkər izi buna misal ola bilər. Üstəlik, səsboğucu sisteminin çıxış boruları da yoxdur. Bu isə, prototipin elektrokar olduğundan xəbər verir.

İspanlar bu avtomobilin Alpine AS2  krossoverinin test prototipinin olduğunu iddia edirlər. yenidən həyata qaytarılmış Apline markasının ikinci modelinin krossover olacağı çoxdan məlumdur. Lakin, bu krossoverin daxili yanacaq mühərrikinə malik olacağı söylənilirdi. Üstəlik, fransızlar referens avtomobili kimi Porsche Macan modelinin götürüldüyünü bildiriblər.  Məlumdur ki, bu yaxınlarda alman istehsalçısı ikinci nəsil Macan modelinin elektromobil olacağını rəsmən təsdiq edib. Çox güman ki, fransızlar da bu addımdan sonra planlarında dəyişiklik ediblər.

Böyük ehtimalla, qarşımızda olan həqiqətən də Alpine krossoverinin prototipidir. Buna tələsik hazırlanmış kuzov panelləri, kobud şəkildə quraşdırılmış kandarlar və gələcək avtomobilin real klirensini müəyyən təyin edən hava yönləndiriciləri, həmçinin kuzovun altından görünən güc batareyalarıdır. Bu avtomobil çox güclü olacaqdır - buna öndəki Brembo, arxada isə Alpine  əyləc mexanizmləri işarə edir.

Görünən odur ki, bu layihənin başa çatdırılmasına ən azından iki il gərək olacaqdır. Lakin, krossover yalnız elektrik mühərriki ilə buraxılacaqdırmı? Məlumdur ki, Macan modelinin elektrikləşdirilməsi barədə səs-küylü bəyanatdan sonra, Porsche nümayənədələri cari nəslin elektrokrossoverlə paralel buraxılacağını bildiriblər.    

Image alt Image alt Image alt Image alt Image alt