Ferrari markasının həvəskarları 1985-1989-cu illərdə buraxılmış 412 modelini yaxşı xatırlayırlar. Deni Baharın sahibi olduğu Ares Design atelyesi 400-cü seriyadan olan sportkarların həsrətini çəkənlər üçün maraqlı bir təklif hazırlayıb.

Ares Design adi dördyerli Shooting Brake kuzovlu Ferrari GTC4Lusso sportkarını 412 kupesinə çevirməyi təklif edir. Kuzov panellərinin əksər hissəsi karbondan hazırlanır və avtomobil retro üslubunda təkər diskləri ilə də təchiz edilir. Yeni "qrand turer" 412 modeli üçün xarakterik olan “çıxan” fənərlərə və panoram tavana malikdir. Bununla belə, avtomobil GTC4Lusso modelinin radiator barmağlığını və arxa fənərlərini qoruyub saxlayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Ares Design Pony Project adını almış avtomobil 2+2 oturacaq formulunu da qoruyub saxlayıbdır. Bundan başqa, atelye mütəxəssisləri Pony Project üçün yeni ön paneli hazırlayıblar.  Qeyd etmək lazımdır ki, donor kimi istifadə edilən “şutinq-breykin” texniki hissəsi heç bir dəyişikliyə məruz qalmayıb .Ares Design yeni əsərinin qiymətini səsləndirməsə də, kupenin 700 min avroya satılacağı ehtimal olunur.

Ferrari GTC4 Lusso  6,0-litrlik V12 mühərriki hərəkətə gəlir ki, bu aqreqat da 690 at qüvvəsi gücü və 697 Nm fırlanma anı hasil edir. "Şutinq-breyk" 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 335 km/saat maksimal sürət həddinə malikdir.