Bu günlərdə ekzotik və eksklyuziv avtomobillərin satıcısı olan MotorGT firması maraqlı bir sportkarı satışa çıxarıb. Bu Argentinanın prezidenti olan Xuan Perona məxsus olmuş Ferrari 212 Inter sportkarıdır. Unikal avtomobil 1,6 milyon dollara qiymətləndirilib.

Ferrari 212 Inter modeli 1951-1952-ci illərdə istehsal edilibdir. Sportkar 166 və 195 seriyasını əvəz etmişdir.

Yeni modelin təqdimatı Brüsseldə keçirilən avtosalonda keçirilmişdir. 212 Inter beynəlxalq yarışlarda qalib gəlmək imkanına malik olan sportkar kimi təsvir edilirdi. 125 modeli ilə bənzər şassiyə malik olan sportkar öndə ikili köndələn qollara malik olan asqıya, arxada isə aparıcı körpüyə malik idi. Ferrari 212 Inter modeli üçün kuzovları Carrozzeria Touring, Ghia, Vignale və Pininfarina atelyeləri istehsal edirdilər.

Bu gün satışa çıxarılan Ferrari 212 Inter üçün kuzovu Ghia atelyesi hazırlanmışdır. Avtomobil Paris avtosalonunda nümayiş etdirilərkən Argentinanın prezidenti Xuan Peronun diqqətini cəlb edib.  

Həyat yoldaşı Evanı itirmiş Peronun bütün hərəkətləri diqqət mərkəzində olduğu üçün o avtomobili Argentinaya aparmayıb, əksinə onu Milana apararaq qeydiyyatdan keçirərək nömrə alıb. Sonradan avtomobil Argentinaya gətirilib. Bu Perona Argentinada dəbdəbələi əşyaların idxalına görə tətbiq edilən yüksək vergidən yaxa qurtarmağa imkan verib.

Peronun sürgün edilməsindən sonra avtomobil 1973-cü ildə qarajda saxlanılıb. Sonradan onu Argentinada yaşayan italyan əldə edib. 1987-ci ildə yenidən sahibini dəyişən avtomobil 1990-cı ildən tam bərpadan keçərək ilkin vəziyyətinə gətirilib. Avtomobil Colombo seriyasından olan və üç Weber 36 DFC karbüratoru ilə təchiz edilən 2,6-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt