İki qonşu ölkənin şəhərləri – Danimarkanın paytaxtı Kopenhagen və İsveçin Malmö şəhərləri iqtisadi cəhətdən bir-birinə bağlıdır. 1 iyul 2000-ci ildə Øresundsbron (Eressun Körpüsü) körpüsünün rəsmi açılışı Danimarka Kralı II Marqeret və İsveç Kralı Karl XV̛I Qustavın iştirakı ilə keçirilib.

Körüpünün adı dan və isveç sözlərinin birləşməsindən yaranan “Øresundsbron” seçilmişdir. Bu, dan dilində Øresund, isveç dilində Öresund adlarının və körpü mənasını daşıyan broen (dan) və bron (isveç) sözlərinin birləşməsidir.

Image alt Image alt Image alt Image alt

Uzunluğu 7.8 km olan körpü Avropanın E20 şossesinin üzrəində yerləşir, iki ölkənin sərhədi isə, onun tam ortasından keçir. Körpü kontinental Avropanı və Skandinaviyanı birləşdirməyə nail olub. Funksionallığı ilə yanaşı, Eresunn Körpüsü arxitektura şedevri olaraq hər iki ölkənin memarlıq incisininə, ümumi mədəni eyniliyi olan regionun simvoluna çevrilib. Bu konstruksiyanın özəlliklərindən biri də, körpünin bir sahildən başlayaraq dənizdəki adaya enməsi və orada “yox olaraq” yeraltı tunel vasitəsi ilə digər sahildə yer üzünə çıxmasıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eresunn boğazını birləşdirmə ideyası mühəndisləri 1930-cu illərdən bəri düşündürüb. Lakin belə nəhəng tikinti üçün yetərli vəsait yox idi. 90-cı illərdə Kopenhagendə nisbətən ucuz daşınmaz əmlak, Malmö üçün isə əlavə işçi qüvvəsinə böyük tələbat olduğundan şəhərlər arasındakı bərə xidmətinin həcmi maksimal həddə çatmışdı. Bu problemin həlli isə şəhərlər arasında yeni kommunikasiya yaratmaq idi. Bunu ancaq yeni körpü həll edə bilərdi. 

Aparılmış tədqiqatlardan sonra aşkar oldu ki, Saltholm duz adası körpü üçün dayaq ola bilməyəcək. Çünki, inşaat çalışmaları adadakı təbiətə və orada yaşayan quşlara böyük ziyan vura bilər. Ona görə də, çıxış yolu süni adanın yaradılmasında görülürdü. Sonradan adaya Peberholm (bibər adası) adı verildi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dörd kilometr uzunluğunda və beş yüz metrlik ortalama eni olan adanın yaradılması üçün tikinti materialı kimi dəniz dibinin dərinləşməsi zamanı çıxarılan qayaların hissələri oldu. Adanın süni mənşəli olması onun qoruq olmasına mane olmadı. Alimlərin apardığı təcrübələr göstərir ki, süni adada da təbii yaşayışın yaranması mümkündür. Artıq adada bəzi bitki növləri yetişir, canlı fauna yaranır. 

Øresundsbron körpüsü Malmödən başlayır, Peberholm adasından yerin altına enərək 4 km-lik Droqden tuneli ilə Danimarkanın paytaxtının şərqində, Kastrup hava limanının yaxınlığında yer üzərinə çıxır.

Image alt Image alt Image alt Image alt Image alt

Süni adanın yaranma səbəbi isə, Kopenhagen hava limanıdır. Danimarka tərəfindəki körpü dirəkləri təyyarələrin eniş-qalxışına mane və təhlükə yarada bilərdi. Ona görə də, Danimarka tərəfində yolun bir hissəsini dənizin altından salaraq, problemi aradan qaldırıblar. 

Digər bir məsələ isə, boğazdakı gəmilərin hərəkəti idi. Bu problemi, körpünün tam orta hissəsində, su səthindən 61 metr hündürlükdə, bir-birindən 500 metrlik aralıqda olan dayaqlardan ibarət olan və 1.950 tonn ağırlığındakı 160 ədəd kanatın saxladığı konstruksiya həll etdi.

7.8 km uzunluqda və 20 metrdən çox eni olan körpünun 82 min tonn ağırlığı var. Yeraltı tunelin uzunluğu 4 km-dir, onun 3.5 km yeraltı tunel və hər iki tərəfdəki 270 metrlik portallardır. İki ölkənin arasındakı yolun uzunluğu 15.9 km-dir. Eresunn körpüsü və tunelini avtomobil ilə 50 dəqiqəyə, qatarla 30 dəqiqəyə keçmək olur.

Tunel beş borudan ibarətdir. Onlardan ikisi qatarlar, ikisi avtomobillər, biri isə fors-major hallar üçün nəzərdə tutulub. Körpünün üst hissəsində 4 zolaqlı avtomobil, alt mərtəbədə isə 2 zolaqlı qatar yolu var. Körpüdə qatarlar 200 km/saat sürətilə hərəkət edir və onlar gündüz vaxtları 20 dəqiqəlik aralıqla (gecə 1 saatlıq) yola çıxırlar.

İsveç və Danimarkanın sakinləri üçün Eresunn körpüsü və tuneli artıq adi hala çevrilsə də, turistlər üçün təəcübverici və valehedicidir. Hava limanına yaxınlaşan zaman, avtomobil və qatarların hərəkət etdiyi nəhəng körpü birdən-birə dənizdə yoxa çıxır. Bu görüntü qeyri-adi hisslər yaşadır.

Eresunn körpüsündə hərəkət edən avtomobildə gedərkən isə, onun böyüklüyünə heyran qalırsan. Elə bir hiss yaranır ki, körpünün sonu yoxdur. Körpüdə hərəkət edənləri möhtəşəm dəniz mənzərələri heyran edir.

Image alt Image alt Image alt Image alt Image alt

Körpüdə avtomobillər üçün hərəkət ödənişlidir. Kopenhagen ilə Malmö arasında körpü vasitəsilə gediş haqqı: 6 metrə qədər uzunluğu olan avtomobillər üçün – 65 avro, 6-10 metrə və ya 15 metrə qədər uzunluğu olan qoşqulu nəqliyyat üçün– 130 avro, 10 metrdən çox uzunluğu olan nəqliyyat və ya 15 metrdən çox uzunluğu olan qoşqulu nəqliyyat üçün – 208 avro, motosikllər üçün–34 avro təşkil edir.

Yuxarıda göstərilən qiymətlər yüksək görünə bilər, lakin onlar bərə keçidinin qiyməti ilə eynidir. Həm də onlayn bilet 6% endirimlə satılır. Gündəlik bu yolu gedənlər üçün isə, BroPas kartı 60%-ə qədər qənaət etmək imkanı verir. Gündəlik körpüdən 19 min avtomobil keçir.

Layihənin rəhbəri Georg Rotnedir, mühəndislik işlərini isə Ove Arup & Partners həyata keçirib. Körüpünün tikintisi 1995-ci ildə başlayaraq 4 il ərzində davam edib, rəsmi açılış isə 1 iyul 2000-ci ildə keçirilib. Bu layihənin tikintisi 4 milyard avroya başa gəlib. İnverstisiya qoyuluşunun tam geri qayıtması 2035-ci ilə nəzərdə tutulub. 

Øresundsbron körüpüsündən ilhamlanan İsveç və Daniya kinemotoqrufçuları “Körpü” (Bron/Broen) adlı dörd mövsümlük serial çəkiblər. Serialda hər iki ölkənin polisləri birlikdə fəaliyyət göstərərək cinayətlərin üstünü açırlar. Filmdə körpü dəfələrlə ekrana gəlir, onunla başlayıb, onun üzərində də bitir. Hətta, pilot seriyası körpünün üzərindəki sərhəd xəttində baş verən cinayətdən başlayır. Serial bütün dünyada o qədər rəğbət qazanib ki, Fransa, ABŞ, Almaniya, Rusiyada eyni ssenari ilə seriallar çəkilib.