Aston Martin şirkəti EON Productions kinoşirkəti ilə əməkdaşlıqda inşa ediləcək DB5 Continuation 25 nüsxəsini hansı «cəsus qadjetləri» ilə təchiz ediləcəyini əks etdirən videonu göstərib. Yenidən buraxılacaq klassik avtomobillər 1964-cü ilin «Goldfinger» filmindəki Aston Martin DB5 modelinin dəqiq surəti olacaqdır.

Keçən il Aston Martin şirkəti əfsanəvi sportkarın buraxılışını bərpa edəcəyini və avtomobilin 25 ədəd «cəsus» nüsxəsini buraxacağını bildirib. Onlar Ceyms Bondun avtomobilinin dəqiq nüsxəsi olacaqdır. Hər bir DB5 modeli Silber Birch gümüşü rənginə boyanacaq və kolleksiya modeli statusunu alacaqdır. Bu avtomobilləri ümumi istifadə yollarında istimar etmək mümkün olmayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobillərin filmdəki cəsus DB5 modelinə bənzəməsi üçün onların hər birini «cəsus qadşetləri» dəsti ilə təchiz etmək qərarlaşdırılıb. Bu qadjetlər dönən nömrə nişanlardan, tüstü örtüyündən, qabarit işıqlarından çıxan Browning «avtomatik tüfənglərindən», yağ çilənməsi sistemindən və radardan ibarətdir.